1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Hotellər və Restoranlar Assosiasiyası B2B Aylığ Yığıncağını keçirib
23.02.2018

Baki, FinanceTime.   Tədbirdə bir sıra hotellərin, restoranların, turizm agentliklərinin və HORECA ətrafında periferik sektorların nümayəndələri iştirak etmişdirlər.

Açılış sözülə çıxış edən Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi iştirakçıları salamlamış və qeyd etmişdir ki, bu kimi görüşlər Assosiasiya tərəfindən mütəmadi keçirilirlər və keçiriləcəklər. O, belə tədbirlərin səmərəliyi və bu kimi biznes platformaların işgüzar əlaqələrin möhkəmlənməsi üçün faydalı olmasını qeyd etmişdir.

“Made in Azerbaijan” brendi altında fəaliyyət göstərən şirkətlərin məhsulları və xidmətləri ilk növbədə yerli istehlakçılar tərəfindən dəstəklənməlidirlər. Assosiasiya da bunun üçün HORECA sahəsində səmərəli addımlar atır.” –S.Dübəndi çıxışında qeyd etmişdir.

“Hotellərin Satış Strategiyası” mövzusu ilə Hyatt Regency Baku Hotelin Satış və Marketinq Şöbəsinin rəhbəri Katya Ponamarenko çıxış etmiş və iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

Tədbirin digər məruzəçisi, Ukraynanın Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə Müşaviri Sergey Ştelyuk Ukrayna Azərbaycan arasında iqtisadi əlaqələri və xüsusilə də turizm əlaqələri haqqında danışmışdır.

Tədbir çərçivəsində Hotellər və Restoranlar Assosiasiyası və Destec Group, Kaffadan və Kutvan Group şirkətləri arasında Əməkdaşlıq Memorandumları imzalanmışdırlar.

Eyni zamanda tədbirin təşkilatı tərəfdaşları olan Destec Group, Translator.az şirkətləri tərəfindən təqdimatlar keçirilmişdirlər.

Digər tərəfdaş olan Kaffadan şirkəti qəhvə dequstasiyası keçirmiş və təklif etdiyi qəhvə növləri haqqında iştirakçıların fikirlərini öyrənmişdir.

Tədbirdə qonaqpərvərlik sənayesi üçün təklif edilən floristika nümunələri Katerina Savinkova tərəfindən keçirilən təqdimatda nümaiş edilmişdirlər.

Hotellər və Restoranlar Assosiasiyası tədbirin keçirilməsində təşkilatı dəstək göstərmiş Kaffadan, Destec Group, Translator.az şirkətlərinə və media dəstəyi göstərmiş CBC televiziya kanalı və Fins.az xəbərlərportalına öz təşəkkürünü bildirir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment