1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji Yol Xəritələrinin icrası ilə bağlı iclas keçirilib
21.02.2018

Baki, FinanceTime. Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Strateji Yol Xəritələrin icrası ilə bağlı iclas keçirilib.

Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda 6 dekabr 2016-cı il tarixində ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələri üzrə nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2017-ci ildə görülmüş və 2018-ci ildə görüləcək işlər geniş müzakirə edilib.

 Bildirilib ki, 2017-ci ildə bank sektorunun sağlamlaşdırılması ilə bağlı əsaslı işlər görülüb, sektora yeni kapital investisiyaları daxilolub. Belə ki, 2017-ci il ərzində bankların cəmi kapital inyeksiyalarının həcmi 0.9 mlrd. manat təşkil edib. Ümumilikdə, 2016-2017-ci illərdə bankların səhmdar kapitalına investisiyaların cəmi 1.2 mlrd.manat olub.

Bununla yanaşı, ölkə Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən“Azərbaycan Beynəlxalq Bankı” ASC-ninsağlamlaşdırılması prosesi yekun mərhələyə çatdırılıb. Bu çərçivədə, bankın problemli aktivləri “Aqrarkredit” QSC-ə ötürülüb, xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bank restrukturizasiyasının hüquqi çərçivəsinin formalaşdırılması işləri aparılıb. Bu istiqamətdə beynəlxalq təcrübə də nəzərə alınmaqla “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa rezolyusiya ilə bağlı yeni fəsil əlavə edilib.

Sığorta sektoru üzrə icbari avtomobil sığortası ilə bağlı İcbari Sığorta Bürosu tərəfindən tam avtomatlaşdırma təmin edilib. Sözügedən növ üzrə müqavilənin bağlanması mərhələsindən ödənişlərin həyata keçirilməsi, habelə nəzarətin aparılması mərhələsinədək bütün xidmətlər elektronlaşdırılıb. Bundan əlavə, sektorda yeni mikro, müştərək və kənd təsərrüfatı sığortasının tətbiqi ilə bağlı işlər görülüb.

2017-ci il ərzində maliyyə vasitəçiliyinin genişləndirilməsi məqsədi ilə maliyyə bazarları üzrə infrastrukturun gücləndirilməsi çərçivəsində ilk özəl kredit bürosu yaradılıb, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin formalaşdırılması üzrə hüquqi, institusional və əməliyyat çərçivələr formalaşdırılıb.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinin sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 15 sentyabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu təsis edilib, 25 dekabr 2017-ci il tarixli Fərmanla isə İpoteka Fonduna birləşdirilərək “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. 

 İclasda Palatanın Strateji Yol Xəritələrinin icrası ilə bağlı 2018-ci il üçün Əməliyyat Planı da müzakirə olunub. Bu çərçivədə İ.Alışov tərəfindən işçi qruplarının rəhbərlərinə sığorta sektorunda yeni alətlərin tətbiqinin təşviq edilməsi və bütövlükdə sığorta sektorunun penetrasiyasının genişləndirilməsi, maliyyə bazarları üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi və Bazel II-ə keçidlə bağlı planın hazırlanması, yeni listinq prosedurlarının müəyyənləşdirilməsi,  daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin fəaliyyətinin təmin edilməsi istiqamətində tapşırıqlar verilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment