1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank Azərbaycan bazarında ilk dəfə olaraq sindikatlaşdırılmış kreditin ayrılmasını təşkil etmişdir
19.02.2018

Baki, FinanceTime. Azərbaycanın ən iri banklarından biri PAŞA Bank öz müştərisi üçün sindikatlaşdırılmış kreditin cəlb edilməsinin əsas təşkilatçısı qismində çıxış etmişdir. Krediti alan tərəf isə səhmləri London birjasinda ticarət olunan Anglo Asian Mining Plc şirkətinin Hasilatın Pay Bölgüsü Haqqında Sazişinə əsasən Azərbaycan ərazisində qızıl, gümüş və mis kimi əlvan metalların hasilatı və istehsalı ilə məşğul olan törəmə müəssisəsi və eyni zamanda ölkəmizin qeyri-neft sektorunda ən böyük qeyri-hökumət ixracatçısı Azerbaijan International Mining Company Limited şirkəti olmuşdur.

Bu kredit Azərbaycan bazarında təşkil edilmiş ilk sindikatlaşdırılmış kredit olmuşdur.PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə Azərbaycanın aparıcı korporativ bankı olaraq biznes tərəfdaşlarımızın bankımıza olan inamı və onlara göstərdiyimiz dəstəyə və xidmətlərimizə hər zaman güvəni bizim üçün çox önəmlidir.

“PAŞA Bankın maliyyə stabilliyini və kredit bazarındakı geniş təcrübəsini nəzərə alaraq biz əlverişli bazar şərtləri ilə müştərimizin maliyyələşdirilməsini təşkil etdik.Ümumilikdə isə regiondakı makroiqtisadi çağırışlar fonunda yerli bazarda fəaliyyət göstərən şirkət üçün bu növ krediti almaq Bankımıza olan böyük etimadının göstəricisi və bütün bazar üçün isə müsbət bir əlamətdir”, - deyə T. Kazımov fikrini tamamladı.

Qeyd edək ki, $13.5 milyon həcmində kredit 2 illik müddətə illik faiz dərəcəsi 7% olmaqla ayrılmışdır. Sindikatlaşdırılmış kredit qismində ayrılmış maliyyə vəsaiti krediti alan təşkilatın xarici və yerli kreditorlar qarşısındakı maliyyə öhdəliklərinin yenidən maliyyəşdirilməsi üçün sərf olunacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment