1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AFB Bank 9 yaşını qeyd edir
16.02.2018

Baki, FinanceTime. Bu gün “AFB Bank” ASC-nin fəaliyyətə başlamasının 9-cu ili tamam olur. Bu illər ərzində əsasən korporativ müştərilərə xidmət göstərən Bank iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kənd təsərrüfatı, sənaye, tikinti, turizm,yeyinti məhsulları istehsalı və s. sahələrə maliyyə dəstəyi göstərməklə dövlət əhəmiyyətli müəssisələrin qurulmasına və inkişafına öz töhfəsini vermişdir. Bununla yanaşı pərakəndə müştərilərə də bir sıra məhsullar təqdim etmiş, eyni zamanda əhaliyə güzəştli ipoteka kreditlərinin verilməsində aktiv iştirak etmişdir.

Hazırda Bankın maliyyə dayanıqlığı yüksək səviyyədədir. Yüksək kapitallaşma səviyyəsi Bankın maliyyə dayanıqlığının təmin edilməsinə imkan verir və bunun əsas göstəricisi leverec əmsalının 12.5% (normativ:min-5%), kapital adekvatlığı əmsalının 28.6% (normativ:min-10%) olmasıdır.

Bankın yeni strateji planında xidmət keyfiyyətinin, infrastrukturun yaxşılaşdırılması, bazar mövqeyinin möhkəmləndirilməsi, filial şəbəkəsinin səmərəliliyinin artırılması, korporativ idarəetmə və risklərin idarəedilməsi sistemlərinin təkmilləşdirilməsi əsas strateji prioritetləri təşkil edir. Bu prioritet hədəflərə çatmaq üçün Bank müştəri xidmətlərində  texnoloji yeniliklərin, yeni bank məhsul və xidmətlərinin tətbiqinə, kadr potensialının təkmilləşdirilməsinə xüsusi önəm verir.

AFB Bank 9 il ərzində onunla işləyən və fəaliyyətinə dəstək olan bütün müştərilərinə və partnyorlarına dərin minnətdarlığını bildirir, gələcək illərdə bu münasibətlərin möhkəmlənəcəyinə inanır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment