1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Bakcell”dən növbəti 5 startap layihəsinə dəstək
16.02.2018

Baki, FinanceTime.  Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti özünün “AppLab” Mərkəzində yaradılıb inkişaf etdiriləcəknövbəti layihələrinseçimini başa çatdırıb.

2017-ci il 15 dekabr-15 yanvar 2018-ci il tarixlərini əhatə etmiş ərizə qəbulu mərhələsində gənc developerlər tərəfindən hazırlanmış 32 layihə proqramda iştirak üçün müraciət edib. İlkin seçim mərhələsindən keçən 17 layihənin müəllifi Bakcell şirkətinin rəhbərliyi, potensial investorlar, “AppLab” proqramının məzunları və İT sahəsi üzrə ekspertlərdən ibarət “AppLab” Komitəsinin qarşısında öz ideyalarını təqdim diblər. 2018-ci ilin 1 fevral tarixində keçirilmiş təqdimat və seçim mərhələsində layihə müəllifləri tərəfindən mobil əlavələr, animasiya, artırılmış reallıq (Augmented reality), proqram və avadanlıq təminatı kimi sahələri əhatə edən ideya və layihələrin 10 dəqiqəlik təqdimatı keçirilib. Layihələr ekspertlər tərəfindən məqsədəuyğunluq, innovasiya, real yanaşma, biznes modeli, təqdimat üsulu və komanda işi  kimi meyarlar əsasında qiymətləndirilib.

Nəticədə, proqramda iştirak üçün 5 ən maraqlı layihə seçilib. Seçilmiş komandalar “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlana biləcəklər. “Bakcell”in və “AppLab” proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarda rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edəcək.

Beləliklə, növbəti 6 ay ərzində “Bakcell”in “Applab” proqramında iştirak edəcək layihələr aşağıdakılardır:

1. Run2Help - istifadəçinin gün ərzində atdığı addımları sayıb onları pul vəsaitinə çevirən və qazanılmış məbləğı xeyriyyə məqsədilə  ianə etmək imkanı verən mobil əlavə;

2. Way To Future–müxtəlif hazırlıq kursları və təlim imkanlarını təklif edən şirkət və təşkilatlar üçün elan platforması;

3. Vavelya –xüsusi tortlar, gül, orijinal hədiyyələr və tərəvəz buketləri onlayn sifariş etmək imkanı verən elektron platforma;

4. Tusi–səhiyyə, təhsil və hətta alış-veriş üçün istifadə oluna bilən artırılmış reallıq tətbiqetməsi;

5. MadebyAz–yerli əl işi, suvenir və digər unikal məhsulları istehsal edən yaradıcı şəxslərə öz məhsullarını müvafiq internet səhifəsində nümayiş etdirib dünyanın istənilən ölkəsində satış üçün təklif etmək imkanı verən elektron platforma.

Qeyd etmək lazımdır ki, təqdim edilmiş bütün layihələr olduqca perspektivli startap və maraqlı ideyalardan ibarət idi. Həmin layihələr  2018-ci ilin yay aylarında keçiriləcək  növbəti ərizə qəbulu prosesində yenidən “AppLab” proqramına müraciət edə bilərlər.

“AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bərimüxtəlif avadanlıq  və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün“Bakcell”dəndəstək alırlar. Şirkət isə öz növbəsində daha çox maraqlı startapların, proqram tərtibatçılarının və qrupların üzə çıxarılmasına, onların istedadlarını nümayiş etdirməsinə, ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya mənbələri tapmalarına kömək etməyə çalışır. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

Bakcell şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment