1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığortadan müştərilər üçün innovativ bir ilk!
14.02.2018

 

PAŞA Sığorta şirkəti müştərilərinə avtomobil təmirinin izlənilməsi ilə əlaqədar yeni modul təqdim edərək sığorta sektorunda bir innovativ ilkə imza atdı.

Baki, FinanceTime. Hər zaman istifadəçilərinin rahatlığını düşünən PAŞA Sığorta şirkəti bu dəfə müştərilərə avtoservisdə olan avtomobillərinin təmirinin izlənilməsi üçün yeni modulu istifadəyə verdi və artıq istifadəçilər istənilən yerdə telefon və ya kompüter vasitəsi ilə şirkətin rəsmi veb saytının ekranın sağ hissəsindən “Şəxsi Kabinetə” daxil olaraq “Təmir prosesini izlə" bölməsində dövlət qeydiyyat nişanı və müştəriyə ayrılan özəl şifrəni yazmaqla nəzarət sisteminə daxil olub təmirdə olan avtomobillərinin cari vəziyyəti barədə ətraflı məlumat əldə edə biləcəklər.30-dan çox avtoservisə qoşulmuş bu modul istifadəçi üçün çox rahat və praktik şəkildə işlənilmişdir.

Beləliklə, PAŞA Sığorta şirkətindən icbari və ya KASKO sığortası əldə etmiş müştərilər sığorta hadisəsi zamanı avtomobillərinin təmir prosesini onlayn olaraq izləyə biləcəklər. Yeni təqdim olunmuş modulda müştərilər avtomobillərinin qəza yerindən təslim vəziyyəti ilə birgə avtoservisdə olan təmir prosedurunu detallı şəkilləri ilə tanış ola və təmir mərhələlərinin təxmini bitmə tarixləri barədə məlumat ala biləcəklər. Təmir zamanı hər bir prosesdən sonra çəkilmiş şəkillər və prosesinin təxmini bitmə tarixi avtoservis əməkdaşları tərəfindən modula daxil ediləcək.

PAŞA Sığorta şirkətinin Sığorta iddiaları və hüquqi təminat departamentinin rəhbəri Azər Kərimov bu modulun sığorta hadisəsi baş vermiş müştərilərin rahatlığını təmin edəcəyinə inanır. Onun sözlərinə görə bu yeni modul xarici praktikada çox istifadə olunsa da Azərbaycan sığorta bazarı üçün bir yenilikdir və bu yenilik müştərilərin sığorta tərəfdaşı kimi PAŞA Sığortanı seçmələri üçün vacib üstünlüklərdən olacaq.

Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment