1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AZINNEX-in Müşahidə Şurasının 2018-ci il üçün ilk görüşü keçirilib
13.02.2018

Baki, FinanceTime. Azərbaycanın 10 ən qabaqcıl İKT şirkətinin üzv olduğu Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) Müşahidə Şurasının 2018-ci il üçün ilk görüşü keçirilib.

Görüşdə Konsorsiumun Müşahidə Şurasının cari sədri, BESTCOMP GROUP şirkətinin rəhbərliyi tərəfindən 2017-ci ildə icra edilmiş işlər barədə yarımillik hesabat təqdim olunub. Hesabat dövründə AZINNEX-in hüquqi qeydiyyat məsələsi tam təmin olunub, AZINNEX tərəfindən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edilib və ilkin satış uğurları əldə edilibdir. Həmçinin AZINNEX-in Özbəkistan nümayəndəliyinin açılması üzrə işlər də davam etdirilir.

AZINNEX Müşahidə Şurasının yeni sədri “Ultra Technologies” şirkətinin direktoru təyin edilib. Yeni sədr çıxış edərək 2018-ci ildə görüləcək işlər haqqında məlumat verib və İllik Fəaliyyət Planını təqdim edib. Konsorsiumun 2018-ci ildə əsas prioritetləri potensial bazarlara çıxış imkanları, beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, xarici ölkə nümayəndəliklərinin yaradılması, təbliğat və marketinq fəaliyyətlərinin genişləndirilməsi, o cümlədən Konsorsiumunun inzibati işlərinin inkişaf etdirilməsi kimi önəmli istiqamətlər müəyyənləşdirilib.

Müşahidə Şurasının iclası daha sonra cari strateji, təşkilati və inzibati məsələlərin açıq müzakirələri ilə davam etdirilib.

Azərbaycanın innovasiya ekosisteminin aktiv iştirakçısı və qeyri-neft sektoru üzrə ixrac potensialının artırılmasında əhəmiyyətli rola malik olan AZINNEX 2018-ci ili fəaliyyətində uğurlu başlanğıc ili olaraq hədəfləyib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment