1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank sistemində rəqəmsallaşma üzrə diaqnostikanın nəticələri açıqlandı
09.02.2018

Baki, FinanceTime.   Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) görüş keçirilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Bankının, bankların və xidmət mərkəzlərinin, habelə beynəlxalq kart təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə 2017-ci ilin dekabr ayında aparılmış diaqnostikanın, bank sistemində elektron bankçılıq xidmətləri, bank hesabları üzrə əməliyyatlar, ödəniş kartı infrastrukturu, elektron formada təqdim edilən xidmətlər və digər sahələr üzrə aparılan qiymətləndirmə nəticələri açıqlanmışdır. Rəqəmsalbankçılıq sahəsində cari vəziyyətin müzakirə olunduğu tədbirdə, eyni zamanda bank xidmətlərində rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində aparılacaq islahatlar və qarşıda duran perspektivlərə dair təkliflər müzakirə edilmişdir. 

Qeyd edilmişdir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla fərdi qaydada görüşlərin keçirilməsinə və rəqəmsallaşma sahəsində aparılacaq islahatların birgə müəyyən edilməsinə artıq başlanılmışdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment