1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Sığorta” 2017-ci ili yüksək nəticələrlə başa vurub
22.01.2018

Baki, FinanceTime. Azərbaycan sığorta bazarının ən aktiv şirkətlərindən olan “Qala Sığorta” 2017-ci ilin yekunları ilə bağlı əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən ötən ildə“Qala Sığorta” şirkəti tərəfindən10,911 mln. manatdan çox sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin yekunları ilə müqayisədə 4,644 mln. manat və ya 2,4 dəfə çoxdur.

Şirkət yığımlarının illik artım dinamikasına görə ölkdə fəaliyyət göstərən sığorta şirkətləri sırasına ikinci yerdə qərarlaşıb. Belə bir göstəricinin olması şirkətin Ali menecmet heyəti tərəfindən qurulan strategiyanın düzgün istiqamətə yönəldilməsindən xəbər verir.

Hesabat dövründə şirkət yığımları ilə yanaşıödənişlərini də kəskin artırıb. Belə ki, ötən ildə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə424 min manata yaxın sığorta ödənişi verilib ki, bu da 2016-cı ilin yekun rəqəmləri ilə müqayisədə 419 min manat və ya təxminən 83 dəfə çoxdur.  

Xatırladaq ki, “Qala Sığorta” 30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, “Çartis Azərbaycan” sığorta şirkətinin səhmlərinin 100%-ni aldıqdan sonra şirkətin adı dəyişilərək“Qala Sığorta” ASC olmuşdur.

Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulanqeyri-həyat sığortasının 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir. İki illik fəaliyyət tarixiolmasına baxmayaraq şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur. Onu da qeyd edək ki, “Qala Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış bir şirkət kimi tanınır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment