1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab”: Kiberhücumlardan maliyyə təşkilatlarına dəyən orta zərər bir milyon dollara yaxınlaşıb
09.06.2017

Baki, FinanceTime. Kiberhücumların maliyyə təşkilatlarına vurduğu zərər daha çox hiss olunmaqdadır: “Kaspersky Lab” şirkətinin apardığı tədqiqatın nəticələrinə əsasən, bir insidentdən dəymiş yekun zərər orta hesabla 926 min ABŞ dolları məbləğində dəyərləndirilib. Ən zərərverici hücum məhz POS-terminalların payına düşüb: orta hesabkla itki göstəricisi 2,086 mln dollar dəyərində qeyd olunur. Növbəti pillədə isə mobil cihazların “sındırılması” ilə bağlı hücumlar (1,641 mln dollar) və hədəf hücumları (1,305 mln dollar) yer alır.

İtkilərin artması maliyyə təşkilatlarını kibertəhlükəsizliklə bağlı xərcləri artırmağa məcbur edir. Əsas səbəb yenə tənzimləyicilərin tələblərinə riayət etmək məsələsi olduğuna baxmayaraq sorğu iştirakçılarının 63%-i hesab edir ki, bu, yalnız müdafiə sistemlərinin qurulması üçün başlanğıc nöqtədir. Şirkətlərin bu sahədə xərclərinin artırılmasının digər faktoru da infrastrukturun mürəkkəbləşməsidir. Nəhayət, təhlükəsizliklə bağlı xərclər o zaman arta bilər ki, şirkətlər bu sahədə kifayət qədər biliyə malik olmasın, rəhbərliyin birbaşa tapşırığı olsun və yaxud da biznesin genişlənməsi müşahidə olunsun. Xülasə, əminliklə bildirmək olar ki, informasiya təhlükəsizliyinə ayrılmış xərclərin həcmi gələcəkdə də artacaq: respondentlərin 83%-i bunu tam qətiyyətlə vurğulayır.

“Kiberhücumlardan dəymiş böyük miqdarlı maddi ziyanlara nəzər yetirdikcə maliyyə təşkilatlarının təhlükəsizliklə bağlı büdcələrini artırması məqamı heç də təəccüblü deyil. Biz tamamilə əminik ki, uğurlu müdafiə strategiyası resursların balanslaşdırılmış şəkildə paylaşmasını nəzərdə tutur – maddi vəsaitlər yalnız tənzimləyiciələrin tələblərinin yerinə yetirilməsinə deyil, həmçinin hədəf hücumlarından qorunmağa, əməkdaşların təhlükəsizliklə bağlı maarifləndirilməsinə və müvafiq sənaye sahəsi üçün spesifik olan təhlükələrlə bağlı məlumatlılığın artırılmasına yönləndirilməlidir”, - deyə tədqiqatın nəticələrini şərh edən “Kaspersky Fraud Prevention” istiqamətinin rəhbəri Aleksandr Yermakoviç bildirib.

Tədqiqatın nəticələri onu göstərir ki, maliyyə təşkilatları kibertəhlükələrin öyrənilməsinə və təhlükəsizlik sistemləri üzərində audit yoxlamalarının aparılmasına diqqət ayırırlar: respondentlərin 73%-i hesab edir ki, bu tədbirlər effektiv deyil. Lakin “Kaspersky Lab” şirkətinin mütəxəssisləri kibertəhlükəsizlik strategiyalarının hazırlanması zamanı aşağıdakı məqamları da nəzərə almağı tövsiyə edirlər:

1.     Hədəf hücümlarından özünüzü qorumağa çalışın. Bu cür hücumlar üçüncü şəxslər və ya sizin podratçılar tərəfindən həyata keçirilə bilərlər. Adətən sözügedən şirkətlər zəif müdafiə olunur, bu da öz növbəsində sizə ziyan vura bilər.

2.     İnsan faktorunu nəzərə alın. Kiberinsidentlərin 75%-i zamanı sosial mühəndislikdən və yalnız 17%-də ziyanverici proqram təminatınınistifadə olunur.

3.     Unutmayın, yalnız təhlükəsizlik tələblərinin yerinə yetirilməsi hələ də tam müdafiəyə zəmanət vermir. Təhlükəsizliklə bağlı məsələlərə kompleksli yanaşmanı tətbiq etmək vacibdir.

4.     Sistem boşluqlarınızı mütəmadi olaraq yoxlayın. İnfrastrukturunuzun zəif nöqtələri cinayətkarlardan öncə məhz sizin özünüzə məlum olmalıdır.

5.     Daxili məlumata çıxışı olan əməkdaşların təhlükə faktorunu nəzərə alın. Cinayətkarlar müdafiə sistemlərindən yan keçərək şirkətinizin işçilərindən maddi ödəniş müqabilində məlumat əldə edə bilərlər. Bunun qarşısını almaq üçün İnformasiya Təhlükəsizliyi qaydalarını tətbiq etmək, məlumata çıxışın müvafiq şəkildə məhdudlaşdırmaq və şirkətdaxili qeyri-adi fəaliyyətin aşkarlanmasına yönlənmiş yardımçı vasitələri işə salmaq gərəkdir.

Kibertəhlükəsizliklə bağlı insidentlər səbəbindən maliyyə təşkilatlarına dəymiş zərər və onlara qarşı effektiv mübarizə üsulları barədə daha ətraflı məlumatı “Kaspersky Lab”ın hesabatından əldə edə bilərsiniz: https://business.kaspersky.com/from-the-perils-to-strategies/6682/

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment