1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab”: Hər ikinci fişinq hücumunun məqsədi istifadəçilərin pullarıdır
24.02.2017

Baki, FinanceTime. Ötən il ərzində fişinq hücumlarının təxminən yarısı istifadəçilərdən pul oğurluğuna yönəlib – bu nəticəyə “Kaspersky Lab” şirkətinin mütəxəssisləri 2016-cı ilin maliyyə təhdidlərini təhlil edərək gəliblər. 2015-ci illə müqayisədə maliyyə fişinq hücumlarının sayı 13 faiz bəndi artaraq 47% təşkil edib. “Kaspersky Lab” şirkətinin maliyyə fişinqini araşdırdığı bütün dövr ərzində verilən kəmiyyət ən yüksək göstərici olub.

Bu cür hücumlar zamanı cinayətkarların əsas məqsədi başqalarının maliyyə resurslarına keçid verən məxfi məlumatların toplanması olur. Fişerlər bank hesablarının və ya kartların nömrələrini, sosial sığorta nömrələrini, onlayn bankinq və ya ödəmə sistemlərində istifadəçi adı və şifrələri öyrənməyə çalışırlar.

Ənənəvi olaraq fişerlərin sevimli hədəfləri banklar olub: hər dördüncü hücumda onlar saxta bank məlumatlarını istifadə ediblər ki, bunun da maliyyə təşkilatlarına hücumların sayı 2015-ci illə müqayisədə 8 faiz bəndi artıb. Bundan başqa, təxminən hər 8-ci fişinq hücumu ödəmə sistemlərinin istifadəçilərinə, hər 10-cu fişinq hücumu isə internet mağazalardan alış-veriş edən şəxslərə yönəlib.

“Maliyyə xidmətləri istifadəçilərinə qarşı yönəlmiş fişinq pul oğurluğunda kibercinayətkarlar üçün ən səmərəli üsuldur. Sosial mühəndislik üsullarından istifadə olunaraq edilmiş hücumlar cinayətkardan yüksək texniki ixtisaslaşma və böyük investisiya tələb etmir. Qurbanlarının diqqətsizliyindən və texniki savadsızlığından istifadə edərək fırıldaqçılar istifadəçilərin şəxsi maliyyə məlumatlarına, daha sonra isə pullarına çıxış əldə edir. Fişinq hücumlarının böyük əksəriyyətini tanımaq elə də çətin deyil. Lakin statistika onu göstərir ki, bir çox insan hətta pul məsələlərində internetdə diqqətsiz davranmağa davam edir”, - deyə “Kaspersky Lab” şirkətinin aparıcı kontent-analitiki Nadejda Demidova bildirib.

Fişinqin qurbanına çevrilməmək üçün “Kaspersky Lab” şirkəti istifadəçilərə hər zaman maliyyə məlumatlarını daxil etdikləri veb-saytın etibarlılığını və əlaqənin “https” təhlükəsizlik protokolu ilə müdafiə olunduğunu yoxlamağı tövsiyə edir. Bundan başqa, bilinməyən linklərə keçid etmək və ən kiçik şübhəbelə bankınızın adından göndərilmiş elektron məktublarda tələb olunan addımları yerinə yetirməyə tələsməyin. Bu halda maliyyə təşkilatı ilə birbaşa əlaqə saxlamaq tövsiyə olunur. Eyni zamanda, özündə fişinqi aşkaretmə və bloklama xüsusiyyətlərini birləşdirən müdafiə həllindən istifadə də mütləqdir.

2016-cı ildə maliyyə fişinqi təhdidləri haqqında “Kaspersky Lab” şirkətinin araşdırması ilə daha ətraflı buradan tanış ola bilərsiniz: https://securelist.com/analysis/publications/77623/financial-cyberthreats-in-2016/.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment