1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Excelsior Hotel & Spa Baku” otelində turizm sahəsində təhsili alan tələbələr üçün təlim keçiriləcək
01.12.2016

Baki, FinanceTime.   8 dekabr 2016-cı il tarixində  “Excelsior Hotel & Spa Baku” oteli KSM  sahəsində turizm fakültəsinin tələbələri üçün  növbəti təlimi keçirəcək. Təlim “AtaHolding”   Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova,  Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin dekanı  Şəlalə Həsənova, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və DAİR Otellər və Restoranlar Assosiasiyasının üzvü Dinara Ağəliyeva və “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev tərəfindən aparılacaq.

“Excelsior Hotel & Spa Baku”  otelinin baş meneceri Turhan Poyraz tədbir barədə qeyd etdi ki, hazırda turizm sənayesi Azərbaycan iqtisadiyyatının daha dinamik inkişaf etməkdə olan sahələrindən biridir. İndi Azərbaycanda turizm sahəsində ixtisaslı mütəxəssislərə böyük tələbat var. Otel bu cür təlimlər keçirib, tələbələri hazırlamaqla ölkə iqtisadiyyatının turizm sektorunda kadr potensialının inkişafına kömək edir. Təlimin məqsədi tələbələrə turizm biznesində  praktiki bacarıq və tövsiyələrin aşılanmasıdır.

Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin dekanı Şəlalə Həsənova biznesdə işgüzar reputasiyanın əhəmiyyəti, imicin formalaşması xüsusiyyətlərindən və turizm sahəsində reputasiya kapitalının idarə edilməsindən danışacaq.  Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və DAİR Otellər və Restoranlar Assosiasiyasının üzvü Dinara Ağəliyeva turizm xidmətləri sahəsində qida sektorunun fəaliyyət xüsusiyyətləri və yerləşdirmə sektoru mövzusunda çıxış edəcək. “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev CV-lərin tərtib edilməsi və müsahibələrdə düzgün taktika, işgüzar söhbətlərin aparılması bacarığı barədə danışacaq.  “AtaHolding”  Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova turizm sahəsində PR-fəaliyyətin əsas istiqamətləri mövzusunda çıxış edəcək. Ictimai rəyin yaranması və  məqsədli auditoriyalar, eləcə də geniş əhali kütləsi  tərəfindən turizm strukturunun  fəaliyyətinə xoş münasibət necə formalaşır.

Təlimdə iştirak etmək istəyən tələbələr öz CV-lərini  dzamanova@ataholding.az elektron ünvanına göndərə bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment