1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bərdədə vətəndaşlarla görüşüb
30.11.2016

Baki, FinanceTime. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2013-cü ildən etibarən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Ötən müddətdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də yerlərdə 40-dan çox belə görüş keçirib.

Noyabrın 30-da nazir Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının binasında Mingəçevir, Yevlax şəhərləri, Ağcabədi, Bərdə, Goranboy, Tərtər, Ağdam, Xocalı və Laçın rayonlarından vətəndaşları qəbul edib.

Görüşdən öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səslənib.

Bərdə sakinlərinin müraciətləri uşaq incəsənət məktəbində keramika və qədim türk el sənəti olan ebru sənətinin inkişafına dəstək verilməsi, rayon ərazisindəki XVIII-XIX əsrlərə aid tarixi tikililərdə təmir-bərpa işlərinin aparılması barədə olub.

Tərtər rayonundan qəbula yazılan vətəndaşlar Borsunlu kurqanlarında aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş eksponatların tarix-diyarşünaslıq muzeyinə verilməsi, rayon ərazisində ermənilər tərəfindən dağıdılmış tarixi abidələrin fotosərgisinin gələn il Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları zamanı nümayiş olunması və digər məsələlər barədə xahiş ediblər.

Qəbulda Mingəçevir şəhərində açıq səma altında muzeyin yaradılmasına köməklik göstərilməsi, Yevlax şəhəri 1 saylı Uşaq musiqi məktəbinin Uşaq incəsənət məktəbinə çevrilməsinə dəstək verilməsi ilə bağlı müraciətlər də olub.

Goranboydan qəbula gələnlər tərəfindən turizm üçün imkanları nəzərə alınaraq Yuxarı-Ağcakənd-Buzluq-Todan kəndarası yolun bərpa olunması, Kəpəz dağındakı "Buz mağarası" abidəsinin dövlət qeydiyyatına alınması, rayon sakini olan xalçaçı rəssamının əl işlərinin Bakıda sərgisinin təşkil olunması barədə xahişlər diqqətə çatdırılıb.

Ağcabədi rayonu ərazisindəki arxeoloji abidələrdə tədqiqat işlərinin genişləndirilməsi və toplanmış əşyaların tarix-diyarşünaslıq muzeyinə verilməsi barədə də müraciət olub.

Ağdam sakinləri "Qarabağ uşaqların gözü ilə" adlı rəsm sərgisinin hazırlanıb Bakı şəhərində və bölgələrdə nümayiş olunmasına köməklik göstərilməsi, Xocalıdan məcburi köçkünlər isə musiqi məktəbində ustad dərslərinin keçirilməsi, musiqi məktəblərinə musiqi alətlərinin verilməsini xahiş ediblər.

Laçın rayonundan məcburi köçkün olan vətəndaşlar rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin kitab fonduna aqrar və iqtisadiyyat sahələrinə aid ədəbiyyatların verilməsi, tarix-diyarşünaslıq muzeyinin fəaliyyətini yaxşılaşdırmaq üçün münasib binanın ayrılması və digər məsələləri qaldırıblar.

Qəbula gələn bütün vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən irəli sürülən bütün təklif və təşəbbüslər diqqətlə nəzərdən keçirilir. Belə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası ilə bağlı müraciətləri xüsusi qeyd edib.

Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən Əbülfəs Qarayev vətəndaşların təşəbbüskarlığını yüksək dəyərləndirib. Bildirib ki, ölkəmizdə yeni turizm zonalarının yaradılması istiqamətində mühüm işlər görülür. Ölkəmizin bu bölgəsinin də geniş turizm potensialı var və bu  zonada turizmin inkişafı üçün addımlar davam etdiriləcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment