Baki, FinanceTime. 26 Noyabr 2016-cı il tarixində Marriott Abşeron Bakı otelində Dialog klubunun ikinci görüşü keçirilmişdir. Bu dəfəki tədbir Digital marketing və onun praktikada tətbiqi imkanlarına həsr olunmuşdu.
Tədbirdə 7 ildən artıq rəqəmsal marketinq sahəsində təcrübəyə malik Vüqar Səfərov spiker qismində çıxış etdi. Vüqar Səfərov hal-hazırda Prosper şirkətinin direktoru, Formula 1 yarışlarının təşkilatçısı Baku City Circuit şirkətinin rəqəmsal marketinq sahəsi üzrə məsləhətçisi, həmçinin Dan BGİB qeyri hökümət təşkilatının sədridir.
İnteraktiv ünsiyyət və yumor hissi ilə, Vüqar Səfərov asan başa düşülən formada nəzəri biliklərlə yanaşı, öz şəxsi təcrübəsindən praktiki bilikləri də iştirakçılarla bölüşdü. Təlimdə digital marketinqin əsasları, digital strategiyanın hazırlanması və inkişaf etdirilməsi, məzmunla iş və məzmun reklamları, elektron poçt üzərindən marketinqin imkanları mövzuları geniş müzakirə olundu.
Tədbir iştirakçıları Digital marketinq alətlərinin öz bizneslərində tətbiqi barəsində praktiki biliklər əldə edərək, internet vasitəsilə satışların artırılması sahəsində digital marketinq alətləri ilə yaxından tanış oldular.
Seminar işgüzar eyni zamanda səmimi bir ortamda həyata keçirildi. İştirakçılar rahatlıqla öz fikirləri ilə bölüşür və onları maraqlandıran suallara cavab tapırdılar.
Tədbirin əsas hissələrindən biri olan ünsiyyətə bir saatdan çox zaman ayrılmışdı. Bu vaxt həm klubun mövcud üzvləri, eyni zamanda yeni üzvləri üçün bir biriləri ilə işgüzar əlaqələr qurması baxımından çox effektiv və faydalı oldu.
Qeyd edək ki, Dialog klubunun tədbirlərindən hər hansı birində iştirak etməklə Siz klubun üzvü olursunuz və bütün növbəti tədbirlərdə xüsusi şərtlərlə iştirak imkanı qazanırsınız.
Dialog - Biznes ünsiyyətdən başlayır!