1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankın sədri Dünya Bankının nümayəndə heyətini qəbul etmişdir
19.10.2016

Finance Time Mərkəzi Bankın Kommunikasiya departamentinə istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu və Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Naveed Hassan Naqvini qəbul etmişdir.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasında göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirdi. Ölkədə aparılan iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edərək görülən tədbirləri, ölkənin üzləşdiyi yeni çağırışların həllində Mərkəzi Bankın mövqeyini xüsusi  vurğuladı.

Sədr E.Rüstəmov Azərbaycanın müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın yüksək sürətlə inkişaf etməsi, yoxsulluq probleminin aradan qaldırılması, ölkənin yuxarı orta gəlirli ölkələr sırasına qalxması haqqında məlumat verdi. Hazırda ölkə iqtisadiyyatının yeni inkişaf modelinə keçid ilə bağlı aparılan işlər, ölkədə makroqitisadi və maliyyə sabitliyi istiqamətində görülən tədbirlər haqqında danışdı.

E.Rüstəmov DB-nin Azərbaycan üzrə yeni təyin olunmuş ölkə menecerinə fəaliyyətində uğurlar arzuladı, əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirdi.

N.Naqvini Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyinatının qürurverici olduğunu qeyd edərək DB və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi, mövcud layihələrin uğurla icrasının davam etdirilməsi və ölkə üçün əhəmiyyətli ola biləcək yeni layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycan hökumətinin tövsiyələrini nəzərə alaraq fəaliyyət göstərəcəyini bildirdi.

Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment