1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakcell “Gənclərin Karyera və İnkişaf Mərkəzi”nin nəticələrini elan edir
18.10.2016

Baki, FinanceTime. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi”  layihəsi uğurla başa çatıb.

Layihə çərçivəsində Bakı SOS Uşaq Kəndində yaradılan “Gənclərin Karyera və İnkişaf Mərkəzi”bütün lazımi avadanlıqlarla təchiz edilib. 68 nəfər gənc bu mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi və mühasibatlıq kurslarını müvəffəqiyyətləbitirib. Təlimləri uğurla bitirən gənclər sırasından 5 nəfər isə artıq öz kiçik biznesini quraraq işləməyə başlayıb.

Bununla yanaşı, “SOS Uşaq Kəndləri- Azərbaycan” Assosiasiyası İB-nin veb-səhifəsində gənclərin məşğulluğu bölümü yaradılıb. Bu layihə çərçivəsində mərkəzdə keçirilən təlim və kursları tamamlayan 50 nəfər gəncin CV-ləri həmin bölümə əlavə edilib.Bölümdə həmçinin sözügedən layihə və tərəfdaşlar barədə ətraflı məlumat, müvafiq qanunvericilik və məşğulluq imkanlarının əldə edilməsi üçün əlavə faydalı məlumat var. Bölümə keçid:http://soschildren.az/1/static/33

Qeyd edək ki, bu layihə SOS UK Azərbaycan Assosiasiyasının benefisiarlarını və Təhsil Nazirliyinin tabeçiliyində olan müvafiq qurumların xidmət etdiyi uşaqları və gəncləri  əhatə etməklə onların məşğulluq imkanlarının genişləndirilməsi və bu sahədə bilik və səriştələrinin artırılması üçün həyata keçirilib. Layihənin əhatə etdiyi benefisiarlar əsasən valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlar və gənclərdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment