1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“TechFall 2016 Hackathon” layihəsinə qeydiyyat başlandı
18.10.2016

 

Kim yatmış, kim oyaq?

 

Baki, FinanceTime.  “Azercell Telekom” MMC və “PAŞA Bank”ın dəstəyi, “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və “WoWoman” platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli “TechFall 2016 Hackathon” layihəsinə başlanılır. Hachathon — proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. “Hackathon”da proqramçılar müəyyən olunmuş vaxt ərzində proqramlaşdırma sahəsində öz məharətlərini göstərirlər. “Hackhaton”lar mütəmadi olaraq dünyanın bir çox yerində, adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir.

 

“TechFall 2016 Hackathon” layihəsində də developerlər 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlayıb münsiflər heyətinə təqdim etməlidirlər. Bu layihədə yaşı 18-dən yuxarı 3 nəfərdən ibarət komanda şəkilində hər kəs iştirak edə bilər. Layihədə iştirak etmək istəyənlər 31 oktyabr tarixinə qədər

http://techfall.barama.az/qeydiyyat/ linkinə daxil olub qeydiyyatdan keçməlidilər.  Seçimlərdən sonra 15 komanda layihədə öz işini davam etdirmək şansı qazanır.

5-6 noyabr tarixlərində keçiriləcək final mərhələsində isə komandalar püşkatma vasitəsilə mövzu seçib, həmin mövzu üzərində 36 saat ərzində tətbiq hazırlayacaqlar. Təqdim olunan tətbiq ilk öncə texniki münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 9 noyabr tarixində keçiriləcək təqdimat mərasimində isə komandalar öz tətbiqlərini peşəkar münsiflər qarşısında təqdim edəcəklər.
“TechFall 2016 Hackathon” yarışmasında ilk yerin qalibinə Azercell və “PAŞA Bank”dan dəyərli hədiyyələr, 2-ci yerin sahiblərinə “Step IT” akademiyasından IT kurslarda 1 aylıq iştirak kuponu, 3-cü yerin sahibinə isə  Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən dəyərli hədiyyələr təqdim ediləcək.

 

Onu da bildirək ki, layihə çərçivəsində komandaların qida təlabatı Özsut restoranlar şəbəkəsi tərəfindən ödəniləcək. Tədbirin Media dəstəyi  isə technote.az tərəfindən təmin ediləcək.

 

Qeyd edək ki,“TechFall 2016 Hackathon” layihəsinin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Bununla yanaşı keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas məqsədlərindəndir.

Xatırladaq ki, Barama İnnovasiya Mərkəzi Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkət kimi fəaliyyət göstərməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 7 il ərzində mərkəz bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 100-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb.

     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment