1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İranın Ərdəbil əyalətinin valisı Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti ilə görüşüb
18.10.2016

Baki, FinanceTime. İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti  Azərbaycan Respublikası  Sahibkarlar (İşəgötürənlər)  Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb. Görüşdə Konfederasiyanın məsul şəxsləri ilə yanaşı, nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dən çox iranlı iş adamı iştirak ediblər.

Görüş zamanı ASK–nın prezidenti Məmməd Musayev Azərbaycan və İran arasındakı  mehriban qonşuluq əlaqələrindən danışıb. Hər iki ölkədən olan iş adamları arasında  qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən M.Musayev ölkəmizə investisiya yatırmaq arzusunda olan İran şirkətlərinin sayının çox olmasını da yüksək qiymətləndirib. Sahibkarlar arasında yeni əməkdaşlığın  yaranması üçün qarşılıqlı səfərlərin, işgüzar görüşlərin əhəmiyyətini önə çəkib. İkitərəfli ticarət əlaqələrinin genişlənməsi istiqamətində Azərbaycan Sahibkarlar Konfederasiyasının səylərini əsirgəməyəcəyini də istisna etməyib. ASK-nın prezidenti İran şirkətlərini ölkəmizdə yeni yaradılan sənaye müəssisələrində fəaliyyət göstərməyə, yerli şirkətlərlə birgə əməkdaşlığa dəvət edib.

 Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş  iki ölkə arasında   iqtisadi-ticarət əlaqələrin genişlənməsində maraqlı tərəf olduqlarını qeyd edib. Məcid Xudabəxş  qeyd edib ki, İranda da  azərbaycanlı sahibkarların investisiya yatırması üçün böyük imkanlar mövcuddur.Onlara bır sıra güzəştlərin edilməsi də nəzərdə tutulub.

Görüşdə iştirak edən iranlı iş adamları da  ölkələrimizin ayrı-ayrı regionları arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi ilə bağlı müxtəlif  suallar səsləndirib. Nümayəndə heyətini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment