1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AtaHolding Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynovun müsahibəsi
18.10.2016

“Təşəbbüskar olmaq lazımdır”

AtaHolding Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynovun müsahibəsi

Uğur qazanmağımızda ailədə aldığımız tərbiyənin əsas rol oynadığını düşünür. Deyir ki, məsuliyətli insan olmağımız ailədə aldığımız tərbiyədən asılıdır. Uğur qazanmağımızda isə məsuluyyətli olmağımızın böyük rolu var. Müsahibimiz “AtaHolding” -in Keyfiyyət şöbəsinin rəhbəri Elməddin Hüseynovla yaxından tanış olaq...

- Əmək fəaliyyətinə “Kentech” Qrupda mexanik kimi fəaliyyətə başlamışam. Daha sonra CV-mi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə göndərdim və Beynəlxalq idarəetmə standartlarının tətbiqi üzrə mütəxəssis, aparıcı mütəxəssis kimi çalışdım. Sonra Group Motors MMC-də Keyfiyyət idaretmə meneceri, yenidən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekol Mühəndislik Xidmətləri QSC-də Keyfiyyət idaretmə meneceri işlədim. Üç ildir AtaHolding-in Keyfiyyət şöbəsində işləyirəm.

- Dövlət Neft Şirkətində çalışandan sonra Group Motors MMC-yə keçdiniz. Səbəb vəzifə pilləsində heç bir irəliləyişin olmaması idi?

- Bəli, həm karyera yüksəlişi baxımından, digər tərəfdən səlahiyyətlərimin, məsuliyyətimin artması baxımından Group Motors MMC-ni seçdim. Təcrübəmi xidmət sahələrində tətbiq etmək istəyirdim. Düzdür, Neft Şirkətində işlədiyim dövrdə tədris, tikinti və kimya sektorunda müəyyən layihələrimiz olmuşdu. Lakin idarəetmə sisteminin qurulmasında müştəri məmnunluğunun təmin edilməsi işini qurmaqda həvəsli idim. Buna görə özüm təşəbbüs göstərdim. Sözügedən şirkətdə vakansiya olmadığı halda, şirkətin rəhbərliyinə təklif göndərdim. Məni müsahibəyə dəvət etdilər. Müsahibələrdən keçdikdən sonra fəaliyyətə başladım. Təxminən 8 ay ərzində intensiv işlər getdi. İdarəetmə sisteminin qurulması elə bir fəaliyyət növüdür ki, bütün struktur bölmələri, hətta deyərdim, şirkətin bütün əməkdaşları ilə ünsiyyət qurmalı, onların fəaliyyəti ilə tanış olmalı və normativlər hazırlamalısan ki, bu normativlər tətbiq edilsin. Nəinki fəaliyyətdə olan əməkdaşlar, yeni gələcək əməkdaşlar belə bu normativlərlə tanış olub öz fəaliyyətlərində yararlansınlar. Bu, sistemin qurulmasının bir mərhələsi idi. İkinci mərhələ sistemin effektivliyinin qiymətləndirilməsidir. Bunun üçün dövri monitorinqlər həyata keçirilir, vizual müşahidələr aparılır, eyni zamanda, proqram təminatında zəruri qeydlərin aparılması izlənilirdi. Hətta burada müştərilərlə ünsiyyət qaydalarına da üstünlük verilirdi.

- Dediniz ki, vakansiya olmadığı halda, təşəbbüs göstərib şirkətin rəhbərliyinə təklif göndərdiniz. Çünki daha çox məsuliyyəti çiyinlərinizə almaq istəyirdiniz. Amma gənclərimizin çoxu gözləyir ki, kimsə onlara vəzifə təklif etsin…

- Həyatda təşəbbüskar olmaq lazımdır. Nə qədər təşəbbüskar olsan, bir o qədər çox nailiyyət əldə etmiş olarsan. Həm də gənclərimiz gənc yaşdaykən daha böyük təcrübələr əldə etməyə çalışmalıdırlar. Çünki əldə etdikləri kiçicik təcrübə belə onların bazarda rəqabət qabiliyyətini artırır, işsiz qalma ehtimalını azaldır. Böyük təcrübəyə sahib insanlar gələcəkdə bazar mühitində daha tez seçilir və qiymətləndirilirlər.

- Siz Dövlət Neft Şirkətinə yenidən dəvət aldınız. CV ilə qəbul olunduğunuz şirkətə sonradan dəvət almaq necə bir hissdir?

- Gözəl hissdir. Bunu daha öncə ARDNŞ-də çalışdığım müddətdə xoş təsurat qazanmağımın nəticəsi kimi qiymətləndirirəm. Ümumiyyətlə, hansısa şirkətdən ayrıldıqda, çalışıram, müsbət təəssüratla yadda qalım. Çünki şirkətlərin özü də mənim üçün bir müştəridir. O müştərini itirmək olmaz. Yaxud şirkətlərdə bir-biri ilə əlaqəli olan müxtəlif departamentlər ilin sonunda bir-birini qiymətləndirir. Bu nüansa da diqqət yetirmək lazımdır ki, eyni şirkətdə çalışdığın struktur bölmələrini də məmnun edəsən.

- Siz şirkətdə çalışarkən öz şirkətinizi qurdunuz və paralel olaraq öz işinizi davam etdirdiniz. Böyük şirkətlərdə vəzifələrdə çalışa-çalışa öz işinizi də davam etdirməyiniz çətin deyildi ki?

- Təşəbbüskarlıq və təcrübə layihələr qazandırırdı. Buna görə də konsultasiya şirkəti yaratmaq və bu təklifləri dəyərləndirmək qərarına gəldim. Amma bu işi tək görə bilməzdim, komandaya ehtiyacım var idi. Buna görə də bu istiqamətdə çalışan dost-tanışa işimlə paralel bir müddət təlim verdim. Təlim verdiyim yoldaşlarla layihələri bölüşürdüm. Düzdür, layihə üzrə idarəetmə mənim nəzarətimdə idi, amma tətbiq mərhələsi onlarda idi. İş yükü çox olurdu, amma çatdırmağa çalışırdım. Hətta, həftədə üç dəfə işdən sonra Xəzər Universitetində MBA dərəcəsi üzrə təhsil alır, boş qalan günlərdə isə işdən sonra idarəetmə sistemləri üzrə təlimlər verirdim. Səhər saat 9-dan axşam saat 10-a kimi tam məşğul qrafikdə çalışırdım. Etiraf edim ki, yorulurdum. Amma bazar gününü tam istirahətimə sərf edirdim ki, yeni iş həftəsinə enerji ilə başlayım.

Qeyd edim ki, işlərin çoxluğundan öz biznesimə bir müddətlik fasilə vermişəm, amma hərdən layihələr çərçivəsində konsultasiyalar verirəm.

AtaHolding -ə keçmənizin səbəbi

Əsas səbəb təcrübəmlə AtaHolding-in fəaliyyətinə dəyər qatmaq, holdinq idarəetməsində mərkəzləşmiş idarəetmə sisteminin qurulması təcrübəsini əldə etmək idi. Bank, sığorta, turizm, informasiya kommunikasiya texnologiyaları sahəsi üzrə keyfiyyət idarəetmə sisteminin qurulması və təkmilləşdirilməsi məsuliyyətimin tərkib hissəsidir. Bu istiqamətdə AtaHolding-də Keyfiyyət qrupu yaradılıb və qrup şəklində çalışırıq. Holdinqin törəmə təsərrüfat cəmiyyətləri olan “AtaBank” ASC, “AtaSığorta” ASC, “AtaTravel” MMC, “Excelsior Hotel & Spa Baku” oteli ilə sıx işləyirik. Onlarda fəaliyyətin tənzimlənməsi üçün normativ sənədlərin hazırlanması, icra nəticəsi üzrə məlumatların əldə edilməsi və funksional nəzarət edilməsi təmin edilmişdir.

- Həm öz şirkətinizə rəhbərlik etmisiniz, həm də başqa şirkət üçün işləmək təcrübəniz var. Bunlar arasında fərq nədir?

- Öz biznesin olanda, demək olar, bütün profillərdə təşəbbüskar sənsən. Həm müqavilə üzrə xidmətin təmin edilməsi, həm hüquqşünas, həm maliyyəçi və s. olursan. Amma şirkət üçün çalışanda hüquqi məsələləri hüquq departamenti, maliyyə məsələlərini maliyyə departamenti həll edir. Ümumilikdə götürsək, elə də böyük fərq görmürəm.

- İşinizin xarakterinizdə qoyduğu iz…

- Atılan hər bir addımda çox qiymətləndirmə aparıram. Nəticənin də həmişə mükəmməl olmasına çalışıram. Bu, təkcə işdə deyil, ailə həyatında, dost-tanışla münasibətimdə də öz əksini tapır. Atılan addımlara çox həssasam.

- Son ənənəvi sualımız: uğur sirriniz nədədir?

- Uğur qazanmağımızda ailədə aldığımız tərbiyənin rol oynadığını düşünürəm. Çünki sənin məsuliyyətli böyüməyin ailədəki tərbiyədən asılıdır və məsuliyyətli insanın da uğur əldə etməsi qaçılmazdır.

Lalə MUSAQIZI


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment