1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“PAŞA Həyat”ın təşkilatçılığı ilə beynəlxalq HR forumu keçiriləcək
18.10.2016

Baki, FinanceTime.   “PAŞA Həyat” şirkətinin təşkilatçılığı ilə bu ilin noyabr ayının 11-də“Baku Boulevard Hotel”də “İnsan Resursları Forumu-Bakı 2016” adlı beynəlxalq forum keçiriləcək.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə,bu ilki forumun əsas mövzusu insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına həsr ediləcək.  Məqsəd insan resursları idarəçiliyi sahəsində beynəlxaq təcrübənin yerli şirkətlərdə tətbiqinin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verməkdir.

Forum iki paneldən ibarək olacaq və bu forumda 10 spikerin, o cümlədən beynəlxaq təşkilatların nümayəndələri çıxış edəcək. Forumun əsas dinləyici hədəfi insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və insan resursları idarəçiliyi funksiyalarının tətbiqi ilə təmasda olan rəhbər şəxslərdir.

Forumda spiker qismində tanınmış yerli (Azercell, SOCAR, Deloite Azerbaijan vəs.) və beynəlxalq qurumların (Adler Central Europe, TMA Method International, Kare HR Consultacy, Korn Ferry Hay Group və digəriləri) rəhbərləri, eləcə də HR strukturları üzrə rəhbərləri, HR sahəsini kurasiya edən yüksək vəzifəli şəxslər iştirak edəcək.Forumdaiştirak üçün qeydiyyatdan keçən şəxslərin sayı daha çox olacaq. Lakin yer məhdudiyyəti ilə əlaqədar yalnız300 nəfər iştirak edəcək.

Forumda iştirak etmək istəyən şəxslər www.hrforum.az saytına daxil olmaqla qeydiyyat şərtləri ilə tanış ola bilər, eləcə də iştirak üçün müraciət edə bilirlər. Həmçininbu ilki forumun spikerləri ilə bağlı məlumatı forumun rəsmi facebook səhifəsindən (Hrforum.azvə www.pasha-life.az saytından) də əldə etmək mümkündür.

Qeyd edək ki, artıq ikinci dəfə keçiriləcək forum “PAŞA Həyat”ın təşkil etdiyi sosial bir layihə kimi insan resurslarının idarə edilməsi sahəsində Azərbaycanda və digər ölkələrdə ən yaxşı təcrübələrin müzakirə edilməsi yolu ilə ümumilikdə ölkənin biznes sektorunda idarəetmənin  inkişafına dəstək olmaq məqsədi daşıyır. Ötən il təşkil edilmiş forumda 300-dən çox peşəkar HR mütəxəssislərin iştirakı təmin edilmişdir.

Forumla bağlı opertaiv və ətraflı məlumat əldə etmək istəyənlər “PAŞA Həyat”ın (012) 942 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment