1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Öz biznesini qurmaq istəyən xanımlar üçün WoWenture 2 başlayır
17.10.2016

Baki, FinanceTime. WoWoman qadınların inkişafı üçün, onların ən qeyri-adi, çılğın vəmümkünsüz görünən arzularını həyata keçirmələri üçün yol göstərən, işarələr verən platformadır. Yarandığı tarixdən etibarən WoWoman Tech-Tech Xanım İT kurslarını, HR Academy təlimlərini, jurnalistika, motivasiya, vaxtın idarə edilməsi, özünəinam, fərdi və peşəkar inkişafa dair müxtəlif tədbirlər həyata keçirmişdir. Bundan əlavə, platforma yaxın günlərdə Gəncə şəhərində və bir sıra xarici ölkələrdə də fəaliyyətinə start verəcəkdir.

WoWomanın xüsusi layihələri sırasında WoWenture xanımlar üçün sahibkarlıq proqramını vurğulamaq lazımdır. Belə ki, öz işini qurmaq istəyən, ideyasını biznesə çevirmək və investisiya yatırımı axtaran xanımlar üçün fürsət yaradan layihə, ikinci mərhələsi ilə noyabr ayının 13-də start götürür.

"İdeyadan Biznesə"  şüarı ilə yola çıxan xanımlar birinci modulda sahibkarlığın əsasları və biznesi planlamağı; ikinci modulda komandanın qurulması və idarə edilməsini; üçüncüdə - marketinq və satış bacarıqlarını; dördüncü modulda - biznesin maliyyə və hüquqi əsaslarıını; və son olaraq, beşinci modulda isə - investorların qarşısında çıxış, pitching qabilliyyətini öyrənəcəklər.

WoWenture 2 Layihə Meneceri Kəmalə İsmayılovanın məlumatına əsasən, layihədə təlimçi qismində Rafael Əzizov iştirak edəcəkdir. Qeyd edək ki, Rafael bəy Raphael Group-un təsisçisi və rəhbəridir, həmçinin, "İdeya Qazandı" verlişində münsif qismində çıxış etmişdir. 

Proqramın sonunda ideyalarını biznes plan şəklində təqdim edən iştirakçılar investorun qarşısında çıxış edəcəklər. Qalib olan xanım isə öz ideyasını biznesə çevirmək üçün investisiya yatırımı əldə edəcəkdir. Qeyd edək ki, investisiya kiçik və orta sahibkarlıq sahəsinə şamil ediləcəkdir.

Layihənin başlanma tarixi: 13 noyabr, saat 9:00. İlk modul noyabr ayının 13 və 19, ikinci modul - noyabr ayının 20 və 26, üçüncü modul noyabr ayının 27 və dekabr ayının 3, dördncü modul - dekabr ayının 4 və 10, beşinci modul dekabr ayının 11 və 17 keçiriləcəkdir. Dərslər səhər saat 9:00 - 13:00 arasında baş tutacaq.  

Əgər siz də ideyanızı biznesə çevirməyin yollarını, biznes modelini anlamaq və biznesi planlamağı, biznesin marketinq, satış, hüquqi və maliyyə aspektlərini öyrənmək istəyirsinizsə, WoWenture 2 layihəsini qaçırmayın. DİQQƏT: Yerlər məhduddur.
Iştirak üçün link: 
http://wowoman.org/az/project/wowenture-2-ideyadan-biznesə/#form 

Tədbirlə bağlı ətraflı WoWoman Azerbaijan facebook səhifəsindən ouya bilərsiniz. Əlavə məlumat almaq, ödəniş etmək və suallarınızı ünvanlamaq üçün Layihə Meneceri Kəmalə İsmayılova ilə əlaqə saxlaya bilərsiniz: 050 4205995.
Email: wowenture.wowoman@gmail.com


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment