1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


HR menecerlərin dəyirmi masası keçirildi
17.10.2016

Baki, FinanceTime. 2016-cı il oktyabrın 14-də“Excelsior Hotel &Spa Baku”otelində HR menecerlərin  dəyirmi masası keçirildi. Dəyirmi masada müxtəlif biznes strukturların HR mütəxəssisləri: “AtaHolding”in HR mütəxəssisi Aysel Məmmədova, “AtaBank”  ASC-nin HR şöbəsinin rəisi Ülviyyə Məhərrəmova, “Excelsior Hotel &Spa Baku”otelinin HR meneceri Kamran Rzayev, Təmiz Şəhər şirkətinin HR meneceri Səbuhi Bayramov, “Landmark Hotel Bаku” otelinin HR meneceri Azad Əsgərov, “Park İnn” otelinin HR meneceri Elnarə Qurbanova, “AtaSığorta” sığorta şirkətinin HR meneceri Nuranə Əzizova, “AtaTexnologiya” şirkətinin HR meneceri Könül Rzayeva və başqaları iştirak etdilər. Tədbirin gedişində işçi heyətin işə cəlb edilməsi, motivasiyanın müasir metodları, personal axınının qarşısının alınması, personalın inkişafı, personalın qiymətləndirilməsi metodları kimi məqamlar ətraflı müzakirə olunmuşdur.

“Excelsior Hotel &Spa Baku”otelinin HR meneceri Kamran Rzayev bu tədbir haqqında qeyd etdi  ki, “Bu cür dəyirmi masalarda müzakirələr və diskussiyalar təkcə təcrübə mübadiləsi üçün deyil, həm də onun iştirakçılarının peşəkarlığının artması üçün çox faydalıdır. Məlum olduğu kimi, kadrların idarə edilməsi sisteminin keyfiyyəti biznesdə uğurun daha mühüm amilinə çevrilir. Çünki effektiv komanda olmadan ən uğurlu bazar strategiyası belə gerçəkləşdirilə və  biznes-proseslərin fasiləsizliyi təmin edilə bilməz”.

“Excelsior Hotel &Spa Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otaq, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq və 9 "Duke" standart otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar, şəhərin ən gözəl,  böyük Spa və sağlamlıq mərkəzi var.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment