1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Turizm işçiləri peşə bayramı və Ümumdünya Turizm gününə həsr olunmuş mətbuat konfransı keçirildi
27.09.2016

Baki, FinanceTime. 27 Sentyabr - Dünya Turizm Günü ənənəvi olaraq ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur. Bu il əlamətdar gün həmçinin Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı müvafiq sərəncama uyğun olaraq ilk dəfə Azərbaycanda turizm işçilərinin peşə bayramı kimi qeyd edilir.

Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 27-də “Holiday İnn” hotelində “Multikultural cəmiyyət və turizm” mövzusunda dəyirmi masa təşkil olundu.

Dəyirmi masadan öncə mətbuat konfransı keçirildi. Mətbuat konfransında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm işçilərinin peşə bayramı münasibəti ilə təbriklərini çatdırdı. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın həyata keçirilməsində görüləcək işlərdən danışdı. Nazir sonda jurnalistlərin suallarını cavablandırdı.

Qeyd edək ki, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı tərəfindən təsis edilən bu gün 1980-ci ildən bir çox ölkələrdə qeyd olunur. Əlamətdar günün məqsədi turizmin təbliği, dünya iqtisadiyyatında rolunun diqqətə çatdırılması, bu vasitə ilə müxtəlif ölkələr və xalqlar arasında əlaqələrin inkişaf etdirilməsidir. Ümumdünya Turizm Günü hər il müəyyən bir deviz altında qeyd olunur, bu il “Hamı üçün turizm” devizi seçilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment