1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Maliyyə Bazarlarına nəzarət palatası qanunu pozan Sığorta Agentlərinin lisenziyalarını ləğv etmişdir
23.09.2016

Baki, FinanceTime. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən 2 hüquqi şəxs və 86 nəfər fiziki şəxs sığorta vasitəçisi fəaliyyəti üçün verilmiş lisenziyaları ləğv edilmişdir.

“Lider Sığorta Agentliyi” MMC-nin lisenziyasının ləğv olunmasına səbəb, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin tələblərinə riayət etməyərək sığorta sirri hesab edilən məlumatların yayılmasına şərait yaratması və qanunun 84.1.2.3-cü maddəsinin tələblərini pozaraq cəmiyyətə lisenziya verilməsi üçün əsas götürülmüş rəhbər vəzifəyə təyin ediləcək şəxs barədə yalnış məlumatlar verməsidir.

“Lider Sığorta Agentliyi” MMC-də aparılmış yoxlama zamanı hesabatların təqdim edilməməsi və hesabatların natamam tərtib edilməsi ilə yanaşı onların təhrif edilməsi, sığorta sirri ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi zamanı sığorta qanunvericiliyin tələblərinə riayət edilməməsi, lisenziya verilməsi üçün əsas götürülmüş sənədlərdə əks olunmuş səhv və yalnış məlumatlarla bağlı faktlar aşkar edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, “Lider Sığorta Agentliyi” MMC fəaliyyət dövrü ərzində 526 762 sığorta müqaviləsi üzrə ümumilikdə 93 418 418 AZN sığorta haqqı toplamış və bunun müqabilində komisyon muzd əldə etmişdir.

Qeyd olunanlarla yanaşı, yoxlama zamanı “Lider Sığorta Agentliyi” MMC-nin hesabatlarında məlumatların təhrif edilməsi faktı aşkar edilmişdir. Belə ki, 2014-cü il ərzində sığorta müqavilələrinin bağlanmadığı açıqlansa da, yoxla zamanı Сəmiyyət tərəfindən 2014-cü ilin 9 ayı ərzində 157 783 müqavilə bağlandığı, 32 350 476 AZN sığorta haqqının toplandığı aşkar olunmuşdur.

Direktorlar Şurasının qərarı ilə həmçinin, sığorta agenti fəaliyyəti ilə məşğul olan daha 1 hüquqi şəxs ilə yanaşı 85 nəfər fiziki şəxsin lizensiyaları ləğv edilmişdir. Qeyd olunan şəxslərin lisenziyalarının ləğvi 9 halda könüllü, 78 halda isə məcburi qaydada olmuşdur.

Lisenziyalarının məcburi ləğvinə səbəb sığorta vasitəçilərinin Palata tərəfindən edilən rəsmi xəbərdarlıqlara baxmayaraq “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərin pozulması ilə əlaqədardır.

MBNP-nin Direktorlar Şurasının digər qərarına əsasən isə rüblük hesabatlarını maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi formada Palataya təqdim etmədiklərinə görə sığorta agentləri fəaliyyətinə lisenziya almış 78 nəfər fiziki şəxsin lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılmışdır. Media orqanları əlavə məlumat almaq üçün müraciətlərini press@fmsa.az elektron poçt ünvanına göndərə bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment