1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda növbəti beynəlxalq və ən geniş ekoloji aksiya keçiriləcək
23.09.2016

 

Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarıbir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsindəsentyabrın 24-də Bilgəh çimərliyində genişmiqyaslıtəmizlik aksiyası keçirəcək.

Baki, FinanceTime. Artıq 21 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günüqeyd edir. Sahilyanı Təmizlik GünüYer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 6 ildir iştirak edir.

Builki aksiya miqyası və, tədbirə qoşulanların sayına görə əvvəlkilərdən daha genişdir. Tədbirin təşkilatçıları“Coca-Cola” şirkəti,PAŞA Bank”, "Bakcell" mobil rabitə operatoru,"ASAN School" könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü, Bakı Nəqliyyat Agentliyi və “Let’s Do It Azerbaijan” proqramı (letsdoitworld.org) çıxış edir.Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçiriləcək.

Aksiya 24 sentyabr tarixində “Topla, təmizlə, fərqi gör!şüarı altında Bilgəh çimərliyində keçiriləcək. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunacaqlar.

Qeyd edək ki, Azərbaycanda son 6il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 30 hektara yaxın ərazisi16 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq“Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Tədbirin təşkilatçıları hər kəsi aksiyaya qoşulmağa və Xəzəryanı sahil ərazisinin təmizlənməsinə öz töhfələrini verməyə dəvət edir. Aksiyada iştirak etmək istəyənlər (012) 436-90-67/436-85-09 telefon nömrələrinə zəng edib, info@redcom.az ünvanına iştirakla bağlı məktub göndərib və ya aksiyanın https://www.facebook.com/events/573722439498291/ünvanlı “Facebook” səhifəsində qeydiyyatdan keçə bilərlər.

“Coastal Cleanup” aksiyasının iştirakçıları 24 sentyabr saat 9:00-da “Koroğlu”metro stansiyasının çıxışında toplaşıb xüsusi avtobuslarla təmizləmə işlərinin aparılacağı əraziyə yola düşəcəklər.

Builki aksiyaya qoşulanlar sırasında"Green Baku" ekoloji gənclər birliyi, “BİR” tələbə-könüllü proqramı, Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, AFFA, ADA Universiteti, “Youth Inc.” gənclərin sahibkarlıq proqramıvə “Hard Rock Cafe” yer alır.

Ötən il keçirilmiş təmizlik aksiyasından olan video-çarxı diqqətinizə çatdırırıq: https://www.youtube.com/watch?v=tjdiI4G8xLc.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment