1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakcell abunəçiləri fakturasız xətt tarif paketlərindən fakturalı xətt tarif paketlərinə keçə biləcəklər
22.09.2016

Baki, FinanceTime. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçilərinin qayğısına qalaraq onların rahatlığını təmin etmək məqsədilə yeni fürsət təqdim edir. Belə ki, 26 sentyabr 2016-cı il tarixindən etibarən Bakcell abunəçilərinə fakturasız xətt tarif paketlərindən fakturalı xətt tarif paketlərinə keçid imkanı təklif edəcək. Bu təklif abunəçilərə zəng etmək yolu ilə təqdim olunacaq. Zəng olunacaq abunəçilərə aylıq abunə haqqı olan tarif paketlərindən biri təklif ediləcək və abunəçilər yalnız onlara təklif olunan tarif paketinə keçid edə biləcəklər. Bu imkandan yalnız “Bakcell”dən zəng qəbul etmiş abunəçilər yararlana biləcəklər. Bu keçidlə bağlı abunəçidən hər hansı müqavilə  imzalamaq və ya keçid haqqı ödəmək tələb olunmur. Abunəçi fakturasız xətdəki tarif paketindən fakturalı xətdəki tarif paketinə keçidi özünün keçid ediləcək nömrəsinə gələn SMS-ə verəcəyi cavab SMS-i vasitəsilə təsdiq edəcək. Tarif paketlərinin keçidi zamanı abunəçiyə təqdim olunan məlumata əsasən həmin nömrədə abunəçinin qəbul etdiyi tarif paketinin aylıq abunə haqqı həcmində və əlavə olaraq 10 AZN məbləğində kredit limiti ayrıla bilər. Tarif paketlərinin keçidi aşağıdakı qaydada baş tutacaq:

-  Abunəçiyə “Bakcell”in (055) 6199964 nömrəsindən zəng ediləcək və abunəçiyə fakturalı xətdəki aylıq abunə haqqı 9 AZN, 15 AZN, 25 AZN, 50 AZN və ya 85 AZN olan tarif paketlərindən birinə keçid etmək təklif olunacaq;

-   Abunəçi razılıq verdiyi təqdirdə, onun razılığını təsdiq etmək üçün abunəçinin nömrəsinə təklif olunan tarif paketinə uyğun aşağıda qeyd olunan nömrələrdən müvafiq SMS göndəriləcək:

o    9 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5116 nömrəsindən;

o    15 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5117 nömrəsindən;

o    25 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5118 nömrəsindən;

o    50 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5119 nömrəsindən;

o    85 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5120 nömrəsindən.

-   Abunəçi razı olduğunu təsdiq etmək üçün müvafiq nömrədən gələn SMS-ə “1” yazıb göndərməlidir;

-  Abunəçi təsdiq SMS-i göndərdikdən bir neçə dəqiqə sonra mövcud tarif paketinin dəyişdirilməsi baş verəcək.

Abunəçi müvafiq keçiddən sonra istədiyi zaman “Bakcell”in müştəri xidmətlərinə yaxınlaşıb müvafiq sənədləri təqdim etmək və müvafiq xidmət haqqını ödəmək şərtilə fakturasız xəttə geri qayıda bilər. Bakcell şirkəti yaxın gələcəkdə bu prosesə yeni tarif paketlərini əlavə etməklə öz abunəçilərini sevindirəcək. Tarif paketlərinə keçidlə bağlı yaranan hər hansı suala abunəçilər “Bakcell”in müştəri xidmətlərinə müraciət etməklə, 555 nömrəsinə zəng vurmaqla və ya SMS göndərməklə müvafiq məlumat əldə edə bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment