1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bank yeni dizaynlı ödəniş kartlarını təqdim edir
20.09.2016

Baki, FinanceTime. Azər Türk Bank milli irsimizin qorunması və yaşadılması məqsədilə yeni layihəyə imza atıb. Bank yeni istifadəyə verdiyi “VİSA” növlü kartlar üçün hazırladığı dizaynları təqdim edib. Hər bir Azərbaycan vətəndaşının üzərində Vətənin bir parçası bilib qürurla daşıması üşün əsas verən dəyərlərimizin həkk olunduğu kartların dizaynında istifadə olunmuş elementlər milli irsimizin qorunması və yaşadılması məqsədi daşıyır. 

Vüqarlı zirvələrimizdən olan Kəpəz dağının “VISA Gold” kartının üzərində həkk olunması Bankın öz müştərilərinə xidmət göstərməkdən hər zaman qürur duymasından və bu xidmətin səviyyəsini daim yüksəltməklə yeni zirvələri fəth etmək iddiasından xəbər verir. 

Üzərində təbiətimizin nadir incilərindən olan, adı “Qırmızı Kitab”a düşmüş cəsur Qafqaz pələnginin təsvir olunduğu “VISA Infiniti” kartı isə sahibinə bütün hallarda Banka güvənib cəsarətlə qərar verə biləcəyini təlqin edir.

“VISA Platinum” kartları üzərində floramızın unikal bitkilərindən olan dəmirağacının əks olunması Bankın müştəriləri ilə uzunmüddətli və möhkəm əlaqələrini simvolizə edir.

Həyat eşqi və enerji simvolu olan narın “VISA Classic” kartlarının üzərində yer alması xoşbəxt gələcəyini qurmaq istəyən hər bir müştərinin bu yolda Banka tam etimad göstərə biləcəyinə bir işarədir.

Strateji məhsulumuz olan ağ qızıl - pambıq Bankın VISA Electron kartlarının üzərində təsvir olunub və bankla müştərilərin şəffaf, strateji münasibətlərinin rəmzidir.

Azər Türk Bank xüsusi dizaynlı “Visa” kartlar üçün yeni videoçarxı da təqdim edib - http://bit.ly/2d7Qqvm

Qeyd edək ki, Bank tərəfindən təqdim olunan “VİSA” və “MasterCard” növlü kartlar dünyanın 200-dən çox ölkəsində bir neçə saniyə ərzində ticarət və xidmət müəssisələrində təhlükəsiz, asan və sürətli ödəniş etmə imkanı yaradır.

Həmçinin, Azər Türk Bankın bugünlərdə ödəniş kartı sahiblərinə təqdim etmiş olduğu “paywave” və “paypass” xidmətləri müştərilərə müvafiq POS-terminallarda bir toxunuşla ödəniş etmək imkanı verir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment