|
|
|
Banklar | | | “PAŞA BANK” ASC-nin sənədsiz, təmin edilməmiş istiqrazlarının baza emissiya prospekti təsdiq edilmişdir |
20.09.2016 | |
| |
Baki, FinanceTime. 16 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “PAŞA Bank” ASC-ninhər birinin nominal dəyəri 100 (yüz) manat olan 500 000 (beş yüz min) ədəd sənədsiz, təmin edilməmiş istiqrazların baza emissiya prospekti təsdiq edilmişdir.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılmışdır.
Media orqanları əlavə məlumat almaq üçün press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.
|
|
|
|