1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakcell rebrendinq olunmuş korporativ təkliflər portfelini təqdim edir
20.09.2016

“Bakcell Business” abunəçiləri tamamilə yeni yanaşmadan və daha səmərəli biznes-yönümlü həllərdən faydalanacaqlar

Baki, FinanceTime.   Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə korporativ seqmenti əhatə edən məhsul və xidmət təklifləri portfelinin rebrendinq edildiyini elan edir. Şirkət korporativ seqmentdən olan müştəriləri üçün təklif etdiyi məhsul və xidmətlərinin təkmilləşdirilməsini və genişləndirilməsini öz qarşısına məqsəd qoyaraq, korporativ müştəriləri üçün keyfiyyətli mobil rabitə xidmətləri ilə yanaşı, biznes yönümlü innovativ həllərin təmin edilməsi üzərində işləyir. Yeni dəyişikliklərlə yanaşı, şirkətin korporativ müştərilər üçün məhsul və xidmət təklifləri portfelinin adı “Gold”dan “Bakcell Business” adına dəyişdirilib.

“Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olmaqla biz ölkədə ümumi bazar konyunkturasını mütəmadi qaydada monitorinq edirik. Bu, şirkətimizin fəaliyyətinin daha çevik olmasına, ölçülərindən və fəaliyyət sahələrindən asılı olmayaraq, bütün müəssisə və təsərrüfat subyektlərinin tələbatlarını ən optimal şəkildə təmin etməyimizə çox kömək edir. Azərbaycanda ümumi biznes mühitini, xüsusilə kiçik və orta biznes sektorlarının potensialını nəzərə alaraq, biz bu sektorları əvvəllər heç vaxt olmadığı qədər dəstəkləyəcək olduqca rəqabətədavamlı və yenilikçi həllər işləyib hazırlayırıq”, - deyə Bakcell şirkətinin Baş icraçı direktoru cənab Nikolai Bekers bildirib. “İstəyirik ki, hər bir müştərimiz onun ehtiyacının qayğısına qaldığımızı və onun biznesinə dəstək göstərməyə həmişə hazır olduğumuzu bilsin”, - deyə cənab Bekers əlavə edib. 

Rebrendinq çərçivəsində “Bakcell Business” portfelinə həsr olunmuş yeni internet səhifəsi istifadəyə verilib. İndi Bakcell şirkətinin mövcud və potensial müştəriləri öz biznesləri üçün faydalı təkliflər haqqında məlumatı bu keçiddən istifadə edərək əldə edə bilərlər: http://business.bakcell.com/  

Hazırda bütün ölkə ərazisində müxtəlif sahələrdə fəaliyyət göstərən 1800-dən çox müəssisə və təşkilat Bakcell şirkətinin onların ehtiyaclarını qarşılamaq üçün təqdim etdiyi korporativ tariflərdən faydalanmaqdadır. Şirkətin peşəkar nümayəndələri mobil rabitənin hər bir aspekti üzrə şirkətlərə, yerli hökümət orqanlarına və təşkilatlara həftənin 7 günü, 24 saat ərzində dəstəyin göstərilməsini təmin edirlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment