1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Kent Maknili 4 il müddətində rəhbərlik etdiyi “Azerfon” şirkətindən ayrılmaq planını elan etdi
30.08.2016

“Azerfon” yeni baş icraçı direktor təyin etdi

Baki, Finance Time. “Azerfon” MMC-nin baş icraçı direktoru vəzifəsində dörd il müddətində çalışmış Kent Maknili yeni karyera imkanları ilə əlaqədar 31 avqust 2016-cı il tarixindən etibarən şirkətdən ayrılmaq qərarına gəlib. Kent Maknilinin şirkətə rəhbərlik etdiyi dövr ərzində “Azerfon” (“Nar”) həm gəlir, həm də abunəçi sayındakı artım nöqteyi-nəzərdən Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru olmuşdur. Şirkət həmçinin məmnuniyyətlə qeyd edir ki, Klaus Müller yeni baş icraçı direktor təyin olunub. Yeni təyinatına qədər cənab Klaus Müller “Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsini yerinə yetirərək, 12 Avropa ölkəsində aparılan əməliyyatları idarə edib.

“Son bir neçə il ərzində “Azerfon” MMC-nin baş icraçı direktoru olaraq çalışdığım üçün çox şadam. Əldə etdiyimiz nəticələrə və şirkətin böyük inkişafa nail olmasına görə qürur hissi keçirirəm. Şirkət rəhbərliyi və kollektiv istedadlı kadrlardan ibarətdir və mən inanıram ki, Klaus Müllerin rəhbərliyi altında onlar gələcəkdə də böyük uğurlar qazanmağa davam edəcəklər”, - deyə Kent Maknili şirkətdən ayrılmasını şərh edərkən vurğulayıb.

“Azerfon” Müşahidə Şurasının sədri Georgios Koronias, öz növbəsində, bildirib: “Kent Maknili və onun rəhbərlik etdiyi komanda “Azerfon” şirkətini böyük uğurla idarə ediblər. Onun şirkətdən ayrılması xəbərini təəssüf hissi ilə qarşıladığımızı və onu aramızda görməkdən məmnun olduğumuzu bildirməklə yanaşı, cənab Makniliyə gələcək işlərində böyük uğurlar arzu edirik. “Azerfon” şirkətinə rəhbərlik etdiyi üçün ona dərin təşəkkürümüzü bildiririk”. Yeni təyinat məsələsinə də münasibət bildirən cənab Koronias, Klaus Müllerin “Azerfon” şirkətinin dinamik rəhbərliyində yeni fəsil açacağına inandığını bildirib. “Onun bir çox müxtəlif bazarlardakı təcrübəsi sayəsində əldə rəhbər tutduğu dəyərlər bizim üçün böyük önəm daşıyır. “Azerfon” Müşahidə Şurasının sədri olaraq, bizim yeni baş icraçı direktorumuz Klaus Müllerə dəstək olmağa hazıram”, - deyə Georgios Koronias sözlərinə əlavə edib.

“Azerfon” şirkətində işə başlamanın özü üçün bir şərəf olduğunu ifadə edən Klaus Müller bununla bağlı həyəcanlı olduğunu bildirib: “Kent Maknili Azərbaycanda biznesin inkişafına böyük töhfə verib. Uzunmüddətli uğur üçün inkişaf və rentabellilik çox vacibdir. Müştərilərimiz, cəmiyyət və səhmdarlarımızın ümidlərini doğrultmaq naminə şirkətimizin uğurlarının davam etdirilməsi məqsədilə hər bir kəsi əl-ələ verərək əzmlə çalışmağa dəvət edirəm”.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment