1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Amrahbank” “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində növbəti təlim keçirib
29.08.2016

“Amrahbank”da  “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, avqustun 22-30-da Mərkəzi Bank və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə Savadlılığı” layihəsi üzrə təlimlərə başlanılıb. Maliyyə mövzuları üzrə təlimlər Mərkəzi Bankın təcrübə proqramının iştirakçıları üçün nəzərdə tutulub.

Təlimlər ilkin olaraq Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzində, Əmanətlərin Sığortalanması Fondunda başlayıb. 24 avqust 2016-cı il tarixində isə iştirakçılar “Amrahbank”ın baş ofisində təlimdə olublar. Təlimdə iştirak edən 30-a qədər iştirakçı bank sahəsi ilə əlaqəli mövzularda biliklərini təkmilləşdirib. “Amrahbank”ın peşəkar əməkdaşları tərəfindən Azərbaycanda bank sistemi, “Amrahbank”da korporativ idarəetmənin təşkili, valyuta rejimi, bank xidmətlərinin növləri, plastik kartlardan istifadə qaydaları və digər aktual mövzular üzrə məlumatlar verilib.

“Çıxışlar maraqlı müzakirələrlə yadda qalıb, layihə iştirakçılarına təhsil və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər də verilib”, - deyə məlumatda vurğulanıb.

Daha sonra iştirakçılar əyani olaraq “Amrahbank”da müştərilərə göstərilən xidmətlərlə tanış olublar. Sonda iştirakçılar və təlimçilər xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, “Amrahbank” ASC 2014-cü ildən başlayaraq Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzi tərəfindən təşkil olunan “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində keçirilən müxtəlif tədbirlərdə aktiv iştirak edir.

“ “Amrahbank” olaraq inanırıq ki, Mərkəzi Bank tərəfindən maliyyə təhsilinin artırılması üzrə görülən işlər və layihələr gələcəyimiz olan gənclərimizin maliyyə bazarının aktiv iştirakçısına çevrilməsinə və ölkə iqtisadiyyatının daha da güclənməsinə verilən bir töhfədir”, - deyə bankdan bildirilib.

www.apa.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment