Baki, Finance Time. 23 avqust 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102009518 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 6 investor tərəfindən 12 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 14,005,700.00 AZN təşkil etmişdir.
Sifarişlər 91.6180 AZN (18.4998%) və 96.1943 AZN (7.9999%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94.8400 AZN (11.0017%) orta ölçülmüş qiyməti 95.6251 AZN (9.2512 %) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 24.08.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 7 320 200 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 21.02.2017-cı ildir.
İstiqrazların tədavül müddəti – 182 gündür.