1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakcell yeni Satış və Xidmət Mərkəzinin açılışını edib
27.07.2016

Baki, Finance Time. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. Şirkət H.Z.Tağıyev küçəsi, 19 ünvanında yeni konsept və dizaynda olan Satış və Xidmət Mərkəzinin açılışını edib. Bu xidmət mərkəzi Bakcell abunəçilərinə geniş çeşiddə xidmətlər təqdim edir. Şəhərin mərkəzində yerləşən bu mərkəzdə abunəçilər həm Bakcell xidmət və məhsulları haqda məlumat əldə edə, həm də bir çox mobil texnoloji yeniliklərlə tanış ola və müxtəlif mobil cihazları sınaqdan keçirə bilərlər.

“Abunəçilərimizə daha yaxın olmaq üçün Bakının mərkəzində istifadəyə verdiyimiz bu yeni Satış və Xidmət Mərkəzi innovativ yanaşma baxımından digərlərindən fərqlənir. Burada hər şey abunəçilərin rahatlığı üçün düşünülüb. İnnovativ mobil operator olaraq abunəçilərimizin xidmət və məhsullarımızdan daha rahat şəkildə faydalanmaları üçün müasir dövrün tələblərini mütləq şəkildə nəzərə alırıq. Bu, şirkətimizin dinamik inkişafının tərkib hissəsidir”,-deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

Hazırda “Bakcell”in paytaxt və bölgələrdə 30 Xidmət Mərkəzi öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. Şirkət öz xidmətlərini abunəçilərinə daha yaxın etmək üçün satış və xidmət şəbəkəsini daha da genişləndirəcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment