1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan jurnalistləri “Coca-Cola” zavodu ilə tanış oldular
27.07.2016

Baki, Finance Time.  “Azerbaijan Coca-Cola Bottlers” şirkəti Azərbaycan Milli Mətbuatının 141 illiyi münasibətilə KİV nümayəndələri üçün sərinləşdirici içki istehsalı zavoduna infotur təşkil edib.

İnfoturda iştirak edən jurnalistlərməhsulların və zavoddaistehsal proseslərinin beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun necə təmin olunması ilə yaxından tanış oldular. “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin aparıcı mütəxəssisləri tərəfindən “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy”, “Fuse Tea” və “Burn” kimi yüksək keyfiyyətli məhsulların istehsalı prosesində suyun təmizlənməsi, içkilərin hazırlanması, qablaşdırılması və çatdırılmasıhaqda KİV nümayəndələrinə ətraflı məlumat verilib.

Jurnalistlər qarşısında çıxış edən “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel “Coca-Cola”nın Azərbaycandakı fəaliyyəti haqqında danışıb və qeyd edib ki, “Coca-Cola” Azərbaycana investisiya yatıran ilk transmilli şirkətlərdən biridir. Azərbaycanda fəaliyyətinə 1994-cü ildə Türkiyədə yerləşən “Coca-Cola İçecek” şirkəti tərəfindən “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin təsis edilməsi ilə fəaliyyətə başlamış və bu günədək ölkə iqtisadiyyatına davamlı olaraq öz töhfəsini verməkdədir. “Bugünədək “Coca-Cola” şirkəti Azərbaycan iqtisadiyyatına 200 mln. ABŞ dollarına yaxın investisiya yatırıb, dövlət büdcəsinə isə 366 mln. manat həcmində vəsait köçürüb”.

Öz növbəsində zavodun direktoru Rəna Məmmədova qeyd edib ki, ötən il ərzində zavodda sayca altıncı olan müasir istehsal xətti istifadəyə verilib və bu məqsədlə 18 mln. ABŞ dolları həcmində investisiya yatırılıb.R. Məmmədovanın sözlərinə görə, şirkət fəaliyyəti müddətində hər zaman məhsulların keyfiyyəti və təhlükəsizliyində ən yüksək standartları uğurla təmin edir. Eyni zamanda, şirkət istehsal prosesində ekoloji tələblərə tam riayət etməklə yanaşı ən son texnologiyaları tətbiq edir. Cari ildə“Coca-Cola”nın Azərbaycandakı zavodundatexniki suların təmizlənməsi üçün yeni qurğu istifadəyə verilib ki, bununda nəticəsində istehsaldan sonra təbiətə qaytarılan suyun da tam təhlükəsizliyi təmin edilir.

Qeyd edək ki, infotur çərçivəsində jurnalistlərə üzərində müxtəlif emosiyalar əks olunmuş yeni dəmir qablaşdırmada “Coca-Cola”hədiyyə olunub.






“Azerbaijan Coca-Cola Bottlers” yerli şirkət olaraq öz istehsalını və satışını həyata keçirir. Şirkət birbaşa və dolayısı ilə 2200-dən artıq insanı işlə təmin edir, bütün ölkəni əhatə edən satış və yayım şəbəkəsi vasitəsilə 18 500 satış nöqtəsində xidmət göstərir. “Coca-Cola” hazırda Azərbaycan istehlakçılarına 9 ticarət nişanlı yüksək keyfiyyətli məhsullar təqdim etməkdədir. Bunlar “Coca-Cola”, “Coca-Cola Zero”, “Coca-Cola Light”, “Sprite”, “Fanta”, “Fuse Tea”, “Cappy”, “Bonaqua” və “Burn” məhsullarıdır.

“Coca-Cola” şirkəti özünün qlobal inkişaf siyasətinin prioritetləri olan fərdi, iqtisadi və ekoloji firavanlığın təmin edilməsi üzrə Azərbaycanda bir sıra uzunmüddətli proqramlar həyata keçirir.

Fəal və sağlam həyat tərzinin təşviqinə yönələn proqramlar vasitəsilə Azərbaycanda 300 mindən artıq insan müntəzəm fiziki məşqlərə cəlb edilib. “Coca-Cola” şirkətinin iqtisadi dəstək təşəbbüslərindən isə 2 mindən artıq gələcəyin biznes liderləri olmaq istəyən gənc faydalanıb. Bu proqramların uğuru nəticəsində gənclər üçün 4 biznes mərkəzi qurulmuş, 8 yeni sahibkarlıq obyekti fəaliyyətə başlamış və 100-dən artıq gənc işlə təmin edilib. Ölkənin ekoloji inkişafına dəstək olmaq məqsədilə “Coca-Cola” şirkəti Bakı və onun ətrafında 2020-ci ilədək 100 min ağac əkilməsi üçün irimiqyaslı ekoloji proqram həyata keçirməkdədir. Hər il Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Coca-Cola” şirkətinin əməkdaşları, onların ailə üzvləri, dostları və tərəfdaşları çoxsaylı könüllülərdən ibarət ekoloji hərəkat təşkil edərək Xəzər dənizinin sahilyanı zolağını təmizləyir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment