1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə portalının ictimai təqdimatını keçirib
26.07.2016

İyulun 26-da Əmlak Məsələləri Dövlət Komitəsi yeni yaratdığı özəlləşdirmə portalını (privatization.az) ictimaiyyətə təqdim edib. Tədbirdə dünyanın tanınmış “KPMG”, “PwC”, “Ernst & Young”, “Deloitte & Touche”, “Baker & McKenzie”, “McKinsey & Company” kimi beynəlxalq məsləhətçi şirkətləri, xarici və beynəlxalq təşkilatlar, dövlət qurumları, ictimai təşkilatlar və media nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib ki, Azərbaycan Respublikası Prezidenti dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni çağırışları və hazırkı iqtisadi reallıqları nəzərə alaraq müasir yanaşmaların tətbiqini önə çəkərək, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin, müasir mexanizmlərin və optimal üsulların tətbiqinin vacibliyini vurğulayıb. Ölkə başçısı tərəfindən iyulun 19-da dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı fərmanlar imzalanıb. Özəlləşdirmə prosesində səmərəliliyin və şəffaflığın təmin edilməsi, korporativ idarəetmənin tətbiqi, müəssisələrin restrukturizasiyası və modernləşdirilməsi, müvafiq özəlləşdirmə prosedurlarının elektron üsullarla gerçəkləşdirilməsi barədə tapşırıqlar verilib. Bütün bu islahatların qeyri-neft sektorunun inkişafına dəstək, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata yerli və xarici sərmayələrin cəlb olunması məqsədi daşıdığı diqqətə çatdırılıb. Bu baxımdan həyata keçirilən yeni iqtisadi islahatların fonunda dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində yeni mərhələ başlanıb.

Qeyd edib ki, Prezident İlham Əliyevin Fərman və tapşırıqlarından irəli gələrək Əmlak Məsələləri Dövlət Komitəsi ardıcıl və fəal tədbirlər həyata keçirməkdədir. Artıq komitədə Fərmanla əlaqədar komissiya və işçi qrupları yaradılıb, tədbirlər planı təsdiq edilib. Komitə qabaqcıl dünya standartlarına uyğun özəlləşdirmə prosesinin həyata keçirilməsi məqsədilə uğurlu beynəlxalq təcrübəni nəzərdən keçirib. Özəlləşdirməyə çıxarılacaq müəssisələrin siyahısı hazırlanıb və təhlil edilib. Komitə tərəfindən Bakı və regionlarda müəssisələrin gələcək özəlləşdirmə perspektivləri, belə müəssisələrə yeni strateji xarici investorların cəlb edilməsi, həmçinin müəssisələrin iqtisadi durumu araşdırılıb. Bu proseslərə “KPMG”, “PwC”, “Ernst & Young” və “Deloitte & Touche” kimi nüfuzlu beynəlxalq şirkətlərdən məsləhətçilər və ekspertlər cəlb olunub. Həmin ekspertlərin özəlləşmənin optimal üsulları, strateji sahələrin idarəetməyə verilməsi və ya özəlləşdirilməsi istiqamətində tövsiyələri nəzərə alınıb.

“Dövlətimizin başçısının tapşırığına əsasən ilk növbədə regionlarda rəqabət qabiliyyətli potensialı olan fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük veriləcək. Nəticədə regionlarda sahibkarlığın inkişafı və iqtisadi aktivliyin təmin edilməsinə nail olunacaq. Gələcəkdə özəlləşdirməyə çıxarılacaq müəssisələrin müasir bazar konyukturuna uyğun olaraq qiymətləndirilməsi həyata keçiriləcək. Müəssisələrdə modern yanaşmalar əsasında restrukturizasiya və sağlamlaşdırma tədbirləri görüləcək. Habelə yeni korporativ idarəetmə alqoritmləri tətbiq edilməklə belə müəssisələrdə prioritet təşkil edən özəlləşdirmə amillərinin gücləndirilməsi təmin ediləcək”, - deyə sədr müavini qeyd edib.

Vurğulayıb ki, özəlləşdirmə prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə yeni özəlləşdirmə portalı yaradılıb, əhalinin, biznes subyektlərinin, investorların və digər maraqlı tərəflərin istifadəsinə verilib. Portal dövlət əmlakının özəlləşdirilməsi və idarəetməyə verilməsi proseslərini daha şəffaf və açıq şəraitdə, ictimai nəzarət və səmərəlilik prinsipləri rəhbər tutulmaqla həyata keçirməyə imkan verir.

Tədbirdə yeni portal ilə bağlı təqdimatlar və çıxışlar olub. “privatization.az” domenli portalın hazırlanması və funksionallığının təmin edilməsi prosesində beynəlxalq məsləhətçilərin də rəy və tövsiyələrindən istifadə edildiyi diqqətə çatdırılıb. Xarici təcrübəyə əsaslanaraq portalda xarici investorların Azərbaycanı seçməsi üçün səbəbləri göstərən keçid “Why Azerbaijan” (Niyə Azərbaycan) mövcuddur. Belə ki, ölkə Avropa ilə Asiya arasında dəhliz rolunu oynayır və hazırda iri logistika mərkəzinə çevrilməkdədir. Özəlləşdirməyə açılmış müəssisələrin istehsal etdiyi məhsullar və göstərdiyi xidmətlərə dair yerli və regional bazarda tələbatın olması investorlar üçün əhəmiyyətli amildir.

Qeyd olunub ki, yaxın gələcəkdə özəlləşmə ilə bağlı keçiriləcək bütün növ hərracların elektron formada tətbiqi üçün də portaldan istifadə ediləcək. Bu da öz növbəsində sahibkarlarla məmurlar arasında ünsiyyəti aradan qaldırmaqla bu prosesdə tam şəffaflığı təmin olunacaq.

Portal ziyarətçilərin istifadəsi baxımından çox rahat dizayna malikdir. Ziyarətçilər portaldan istifadə edərkən Azərbaycan haqqında, ölkədə biznes mühiti, özəlləşdirmənin qanunvericilik bazası, özəlləşdirməyə açıq elan edilmiş müəssisələr barədə çevik məlumat ala bilir. İnvestorlar üçün faydalı informasiyalar, statistik göstəricilər, özəlləşdirmə sahəsində baş verən son xəbərlər və bu prosesə dair rəylər ayrı-ayrılıqda mövcud olan linklər vasitəsilə çatdırılır. Portalda göstərilən məlumatların etibarlılığını təmin etmək üçün onların istinad mənbələri də göstəriləcək. Bir sözlə, portal özəlləşmə prosesi ilə bağlı bütün məlumatların və yeniliklərin bir virtual məkanda cəmlənməsini təmin edib.

İki dildə (Azərbaycan və ingilis dillərində) təqdim edilən portalda olan məlumatların sosial şəbəkələrdə paylaşılması imkanları da mövcuddur. Portalda həmçinin özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədi ilə “onlayn əlaqə” xidməti də fəaliyyət göstərəcək.

Tədbirin yekununda qeyd olunub ki, yeni portal ölkədə özəlləşdirmə sahəsində həyata keçirilən tədbirlərin işıqlandırılması, bu sahədə şəffaflığı və çevikliyi, özəlləşdirmə prosesinə geniş ictimaiyyətin və strateji investorların cəlb edilməsini təmin edəcək. Portal xarici investorlar üçün rahat, funksional və etibarlı mənbədir və məlumatları bütün maraqlı tərəflər üçün əlçatan edir. Azərbaycanda iqtisadi fəallığın artırılması, özəl təşəbbüslərin dəstəklənməsi və iqtisadiyyatın davamlı inkişafında mühüm rol oynayacaq.

www.azertag.com


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment