1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


PR menecerlərə sertifikatlar təqdim edildi
25.07.2016

Baki, Finance Time.  22 iyul 2016-cı il tarixində “Excelsior Hotel Baku”  otelində “Alibayov Kommunikasiya & Konsaltinq” şirkəti və Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu (Fransa) tərəfindən “Şirkətin mətbuat xidməti: müasir trend və drayverlər” elmi-metodiki ixtisasartırma proqramında iştirak edən PR menecerlərə Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun sertifikatları təqdim edildi. Təlimdə  “AtaHolding”  Korporativ Kommunikasiya şöbəsinin rəisi  Dilara Zamanova,  “Veysəloğlu” Şirşətlər Qrupunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi İlham Məmmədzadə, Hed Akademy şirkətinin PR meneceri İbrahim Mirzəyev, "B.EST Solutions" (Asan İmza) şirkətinin PR meneceri  Kamran Əliyev, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblı və digərləri iştirak etdilər.  

Təlim 11 iyul tarixindən 22 iyul tarixinə qədər  Milli Olimpiya stadionunda “Hed Academy” şirkətinin ofisində keçirilmişdir.  Təlimdə Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü Vəli Əlibəyov İctimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV mövzularını əhatə etmişdir.

“Veysəloğlu” Sirkətlər Qrupunun Ictimaiyyətlə əlaqələr departamentinin mudiri, həmçinin Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (APRA) sədri Ilham Məmmədzadə bildirdi: “Bu təlimdən bizim öyrəndiyimiz PR sahəsində nəzəri biliklər ilə yanaşı yerli ve beynəlxalq keyslərin nəzərdən keçirilməsi və təhlil edilməsi olmuşdur. İnanıram və ümid edirəm ki, bu kimi beynəlxalq sertifikatli təlimlərdə əldə edilmiş bilik ve təcrübə Azərbaycan PR texnologiyasına genis tohfəsini verəcəkdir.

“AtaHolding” Şirkətlər  Qrupunun Korporativ Kommunikasiya şöbəsinin rəisi  Dilara Zamanova bildirdi ki, elmi-metodiki ixtisasartırma proqramında iştirak etdiyindən çox məmnundur. “Treninqin aparıcısı Vəli Əlibəyov müasir mərhələdə mətbuat xidmətinin fəaliyyətinin bütün aktual mövzularına toxunmuşdur”, - deyə o, əlavə etdi. Treninq zamanı bütün iştirakçıların fəallığı sayəsində  həmçinin, təcrübə mübadiləsi də aparıldı.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblı bildirdi ki, keçirilmiş bu təlim PR sahəsində beynəlxalq praktikanı bizə nümayiş etdirməklə hazırda mövcud olan tələbləri icra etməyə bizə kömək olacaq. Hazırda ölkəmizdə mövcud olan söz və fikir, mətbuat azadlığı çərçivəsində biz - PR-la məşğul olan şəxslərin fəaliyyətinin də beynəlxalq tələblər səviyyəsində qurulması vacibdir. Düşünürəm ki, ictimaiyyətlə əlaqələrin yüksək səviyyədə qurulması, KİV-lə əməkdaşlığın yüksəldilməsi və bu sahəyə yeni töhfələrin gətirilməsi üçün bu təlimin əvəzsiz rolu olacaqdır. Bununla yanaşı həmkarlarımızla fikir mübadiləsi üçün bizə yaradılan şəraiti yüksək qiymətləndirirəm.

Tədbirin sonunda PR menecerlər təlimin yüksək səviyyədə keçməsini qeyd etdilər və təlimlə bağlı fikirlərini söylədilər. Sertifikatların təqdim edilməsi bayram günü – Milli Mətbuat günü ilə üst-üstə düşmüşdür, axı məlum olduğu kimi, ictimai əlaqələr sahəsi KİV-dən ayrılmazdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment