1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Həmrəylik düşərgəsi” layihəsi davam edir
25.07.2016

Baki, Finance Time.  “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi,Azərbaycan Avtomobil Federasiyası, BMT–nin Əhali Fondunun dəstəyi ilə baş tutan “Həmrəylik düşərgəsi” layihəsi davam edir.

Lahıcda keçirilən “Həmrəylik düşərgəsi” layihəsi üzrə 60 könüllü artıq 6-cı gündür ki, hərbi çadırlarda yaşayırlar. Layihə müddətində Lahıcda bir sıra təlimlər, sosial aksiyalar və tədbirlər keçirilib.

Bu tədbirlərdən biri də Niyaldağa yürüş olub. İştirakçılar Azərbaycanın qədim, gözoxşayan tarixi ərazi və abidələri ilə yaxından tanış olublar. Vertikal Qrupun dəstəyi ilə həyata keçirilən bu turda gənclərə təbiətlə davranış qaydaları da aşılanıb.Turda əsas məqsəd gənclərin fiziki hazırlığının təmin edilməsinin təşviq edilməsi və onlarda fiziki sağlamlığa maraq aşılamaq, Azərbaycanın tarixi barədə gənclərdə praktiki təsəvvürlər formalaşdırmaqdır.

Daha sonra düşərgəyə qayıdan könüllülər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 15 ölkədən Lahıca gəlmiş əcnəbilərlərlə görüşüblər. Düşərgə iştirakçıları və əcnəbi qonaqlar birlikdəmultikulturalizm dəyərləri əsasında fikir mübadiləsi aparıblar. Könüllülər daha sonra Gəncə “ASAN xidmət” mərkəzinin teatr truppasının hazırladığı “Məhəbbətin Qənimi”tamaşasını izləyiblər. Açıq havada baş tutan tamaşa qəsəbə sakinləri  tərəfindən maraqla qarşılanıb.

Düşərgənin 5-ci günündə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iştirakçılar ilə görüşüb.

İnam Kərimov görüş zamanı ASAN könüllülərinin sayının 8 minə çatdığını və onların qısa müddətdə bir çox uğurlu layihələr həyata keçirdiyini vurğulayıb. Eyni zamanda “ASAN Könüllüləri” Təşkilatının həyata keçirdiyi layihələr və tədbirlərin sosial əhəmiyyətindən danışıb.

Daha sonra görüş “Könüllü fəaliyyətini necə təkmilləşdirməli” mövzusunda müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, “Həmrəylik düşərgəsi” layihəsi26 iyul tarixinə qədər davam edəcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment