1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ödəniş kartları sahəsində risklərin idarə olunması üzrə bank ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib
25.07.2016

Finance Time Mərkəzi Bankın Kommunikasiya departamentinə istinadən xəbər verir ki,  Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə ölkədə ödəniş kartlarının istifadəsi üzrə risklərin idarə olunması və bu sahədə fırıldaqçılığa qarşı effektiv mübarizə metodlarının müzakirə edilməsi məqsədilə tədbir keçirilmişdir.

Tədbirdə qeyd olunan qurumların mütəxəssisləri ilə birlikdə, ödəniş kartları üzrə iri emitent və ekvayer şəbəkələrinə malik kommersiya banklarının nümayəndələri, Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə ekspert Qrupu”nun və “İT üzrə ekspert Qrupu”nun mütəxəssisləri iştirak etmişlər. Görüş zamanı Mərkəzi Bank tərəfindən ödəniş kartları ilə əməliyyatlar üzrə baş verən fırıldaqçılıq halları üzrə ölkədə son vəziyyət, bu sahənin tənzimlənməsi istiqamətində mövcud qanunvericilik üzrə tələblər və tövsiyələr barədə məlumat verilmişdir.

Tədbir iştirakçılarına dələduzlar tərəfindən ən son texnologiyalardan istifadə etməklə aparılan fırıldaqçılıq əməliyyatlar, bankomat və digər ödəniş vasitələrinə qeyri-qanuni müdaxilələr və bunun qarşısının alınması üçün tətbiq edilən preventiv tədbirlər üzrə beynəlxalq təcrübə haqda məlumatlar verilmiş, həmçinin bütün banklarda bu sahə üzrə əhatəli, proaktiv və çevik riskləri idarəetmə sisteminin olmasının zəruriliyi diqqətə çatdırılmışdır.

Eyni zamanda tədbirdə xüsusilə vurğulanmışdır ki, ödəniş alətləri vasitəsilə keçirilən əməliyyatlar sahəsində risklərin effektiv və səmərəli idarə olunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ölkədə fırıldaqçılıq əməliyyatlarının həcminin tədricən azalması və beynəlxalq kart təşkilatlarının da analitik məlumatları əsasında Azərbaycanın bu sahədə digər ölkələrlə müqayisədə aparıcı yerlər tutduğu qeyd olunmuşdur.

Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının bu istiqamətdə səylərin gücləndirilməsi məqsədilə birgə fəaliyyət göstərməsi razılaşdırılmışdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment