1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab” enerji sistemləri avadanlığında ciddi problemi aradan qaldırıb
01.07.2016

Baki, Finance Time.  “Kaspersky Lab” şirkəti "Siemens SIPROTEC 4" rele müdafiəsi terminalında boşluq aşkar edib. Bu qurğu energetikanın bütün sahələrində şəbəkəni qısa qapanmalar və kritik yüklənmədən qorumaq üçün istifadə olunur. Müvafiq məlumat “Kaspersky Lab” tərəfindən istehsalçıya təqdim edilib vəboşluq artıq aradan qaldırılıb.

Sözügedən boşluq “Kaspersky Lab”ın əlavələr təhlükəsizliyi üzrə aparıcı mütəxəssisi Pavel Toporkov tərəfindən kritik infrastruktur obyektlərinin birinin müdafiəsinin təhlili zamanı aşkar edilib. Avadanlığın şəbəkə modulunda yerləşən boşluq yaddaşın bir hissəsini oxumağa imkan yaradır və bununla da gələcək hücumlar üçün mühüm məlumatı toplayır.

“Siemens” şirkəti CVE-2016-4785 boşluğunun nəticələrini necə azaltmalı və yenilənmələrin necə quraşdırılmalı haqda təlimat kitabçasını dərc edib. “Kaspersky Lab” bu cür avadanlıq istifadə olunan təşkilatlarda çalışan təhlükəsizlik üzrə mütəxəssislərə bu sənədə diqqət yetirmələrini israrla məsləhət görür.

“Oxşar boşluqların axtarışı bizim əsas məqsədlərimizdən biri deyil, lakin şirkət İT-infrastrukturun müdafiəsinin təhlilini apardığı zaman,demək olar ki, daim bu və ya digər təhlükəsizlik problemini aşkar edir. Boşluğu olan məhsulların son istifadəçisi adətən bu zəifliklərdən xəbərsiz olur və baxmayaraq ki, İT-infrastrukturun qalan hissələri keyfiyyətli qurulmuşolur və müdafiə olunur, istifadəçi hücum riskinə məruz qalır. Bu səbəbdən aşkarladığımız hər bir boşluq barədə xəbər verməyi mühüm hesab edirik.“ICS-CERT” sənaye sistemlərinin kibertəhlükələrinəçevik reaksiya mərkəzivə “Siemens” şirkətinə problemi tez vəəlaqəli şəkildə aradan qaldırdıqları üçün minnətdarıq”, - deyə “Kaspersky Lab”ın tədqiqat və işləmə üzrə direktor müavini Sergey Qordeyçik qeyd etdi.

Son 12 ay ərzində “Kaspersky Lab”ın mütəxəssisləri məişət cihazlarından sənaye idarə sistemləri və avtomobil və dəmiryol nəqliyyatı idarəsi sistemlərinədək müxtəlif aparat və proqram məhsullarında 20-dən çox boşluq aşkar edib və aradan qaldırmağa kömək göstərib.

“Kaspersky Lab”ın qanunsuz girişin mümkünlüyünü yoxlamaq üçün sınaq vəəlavələrin müdafiəsinin təhlilixidmətləri İT-sistemlər və sənaye infrastrukturunda mümkün hücum ssenarilərin praktiki nümayişi vasitəsi iləən zəif məqamları aşkar etməyə kömək edir. Qeyd olunanxidmətlər “Kaspersky Security Intelligence” servisləri yığımının bir hissəsidirvəşirkətlərə real təhlükələr barədəən yeni məlumatları və kibertəhlükəsizliyin təmin olunması üçün əlavə bilik və alətlər təqdim edir. “Kaspersky Lab”ın servisləri haqda əlavə məlumat burada əldə edə bilərsiniz: http://media.kaspersky.com/ru/SIS_Catalogue_RUS_WEB.pdf.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment