1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


COREC proqramı nələri vəd edir?
30.06.2016

Baki, Finance Time. Asiya  İnkişaf   Bankının  Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının ekspertlərinin  Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  ASK-nın vitse prezidenti Vüqar Zeynalovla görüşündə  Asiya  İnkişaf   Bankının  Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq  Proqramı çərçivəsində həyata keçirilən  “CAREC Proqramına üzv ölkələrdə regional tranzit ticarətin asanlaşdırılması” layihəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Görüş zamanı ASK-nın vitse prezidenti Vüqar Zeynalov  Konfederasiyanın nəzdində fəaliyyət göstərən komissiyaların fəaliyyətini, görülmüş işləri  qonaqların diqqətinə çatdırıb. Bildirib ki, Azərbayca Sahibkarlar Konfederasiyasının nəzdində fəaliyyət göstərən 16 komissiyadan biri də “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”dır ki, onun da fəaliyyəti çoxşaxəlidir. Komissiyanın tərkibində ölkəmizdə informasiya kommunikasiya və texnologiyaları sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlər təmsil olunur, onların da əsas məqsədi ölkədə informasiya kommunikasiya və texnologiyaları sahəsində mövcud vəziyyəti analiz edərək, beynəlxalq aləmdə yeni layihələrə imza atmaqdır.

Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın haqqında məlumatı olan qonaqlar bu komissiyanın gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradacaqlarına  ümid etdiklərini dilə gətiriblər.

 Layihənin koordinatoru Konstantin Naumov  bildirib  ki, CAREC  Proqramı çərçivəsində həyata keçirilən  “CAREC Proqramına üzv ölkələrdə regional tranzit ticarətin asanlaşdırılması” layihəsi pilot  olaraq 3 ölkədə həyata keçiriləcək. Qırğızıstan, Qazaxıstan və  Çin daxil olmaqla 2017-ci ildən tətbiqinə başlanacaq.

Qeyd edək ki, ekspertlərin  ölkəmizə səfərinin  əsas məqsədi Azərbaycanda da  müvafiq təşkilatlarla  görüşlər keçirmək,  layihə  haqqında məlumatlandırmaq, əməkdaşlıq etmək üçün yeni tərəfdaşlar tapmaqdır.Həmçinin ticarətin asanlaşdırılması sahəsində  mövcud İKT sisteminin tədqiqatı və Asiya İnkişaf Bankı tərəfindən hazırlanmış hesabatda təklif edilən  regional tranzit zəmanət mexanizminin tətbiq olunması məqsədilə İKT sahəsində prioritet sahələri  müəyyən etmək olub.

Görüşün sonunda müvafiq informasiya kommunikasiya və texnologiyaları şirkətləri ilə əlaqə yaradılacağına dair razılığa gəlinib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment