1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABA-nın ekspertləri Vergilər Nazirliyinin nümayəndəsi arasında görüş olub
24.06.2016

Baki, Finance Time. 23 iyun 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Çirkli pulların yuyulmasına (ÇPY) qarşı mübarizə və komplayens üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.  ABA-nın ofisində keçirilən iclasda Vergilər Nazirliyinin Maliyyə institutlarında vergi əməletməsinə nəzarət şöbəsinin rəisi Səfərəli Cavadov da iştirak edib.

Ümumilikdə iclasda Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act – FATCA) ilə bağlı bank nümayəndələrinin suallarının cavablandırılıb və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi yeridilib.

Qeyd edək ki, ABA-nın sözügedən Ekspert Qrupunda ÇPY qarşı mübarizə və komplayens üzrə Azərbaycan Respublikasının qanunvericiliyi, ölkəmizin tərəfdar çıxdığı Beynəlxalq konvensiyaların tələbləri, Maliyyə Tədbirləri Üzrə İşçi Qrupu – FATF-ın tövsiyələri, Bank Nəzarəti üzrə Bazel Komitəsinin prinsipləri və Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin tələblərinə uyğunluq üçün görülən işlər müzakirə edilir, bu sahədə, üzvlər arasında təcrübə mübadiləsi aparılır.

Həmçinin, bankların qeyd olunan istiqamətdə daxili nəzarət qaydalarının təkmillədirilməsi və unifikasiyası məsələləri müzakirə edilir, daxili nəzarətin təşkili və həyata keçirilməsi ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi imkanlarını istisna edən şəraitin yaradılması imkanlarına birlikdə baxılır, eyni zamanda bu sahədə irgə əməkdaşlıq yolları nəzərdən keçirilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment