1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AR Mərkəzi Bankının “Maliyyə savadlılığı” layihəsinə Bank BTB ASC-də qoşuldu
24.05.2016

Baki, Finance Time. 18 may 2016-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı “Maliyyə savadlılığı” layihəsi çərçivəsində Bank BTB ASC-də bank-maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçirilib. Bank BTB-nin rəhbərlər üzvləri və digər səlahiyətli əməkdaşlar layihə iştirakçıları üçün “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı təlimlər təşkil edərək maraqlı mülahizələr aparıblar.

Qeyd edək ki, layihədə Bakı Dövlət Universitetinin,  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Xəzər Universitetinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Bank BTB ASC-nin qonaqları oldular.

Təlim iştirakçıları Bank BTB-nın strukturu ilə tanışlıq, "Plastik kartlar", "Bank Təşkilati strukturu" və "Bank Məhsullarının yaradılması" mövzusunda interaktiv təlim alıblar.  Peşəkar əməkdaşlarımız tələbələrlə bank haqqında ümumi məlumat, bank məhsulları və xidmətlər,  həmçinin plastik kartlar, kart sistemlərinın işləmə mexanizmləri, kartlarla əməliyyatlar zamanı fırıldaqçılıqlar və s. haqqında ətraflı maarifləndirici biliklərlə paylaşdılar. Təlimdə tələbələr aktiv iştirak edərək, onları maraqlandıran sualları təlimçilərə ünvanladılar və canlı mübadilə yaratdılar. Bank BTB-nin rəhbərliyi və əməkdaşları layihədə iştirak edən tələbələrə təhsillərində uğurlar arzu edərək onlara aldıqları bilikləri gələcək karyeralarında uğurla tətbiq etməklərini arzu edirlər.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment