1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankın sədri MasterCard beynəlxalq kart təşkilatının nümayəndə heyətini qəbul etmişdir
20.05.2016

Finance Time Mərkəzi Bankın Kommunikasiya departamentinə istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Baş müşaviri və franşiza üzrə rəhbəri Timoti Mörfinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüş zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə Mərkəzi Bank arasında birgə əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanda kart ödənişlərinin artırılması və nağdsız iqtisadiyyatın inkişafı üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair məsələlər müzakirə edilmişdir.

Mərkəzi Bankın sədri E.Rüstəmov MasterCardın Mərkəzi Bank ilə əməkdaşlığı çərçivəsində ölkədə bir sıra əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini bildirdi. O, Mərkəzi Bank tərəfindən ölkədə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi əsasda tədbirlər həyata keçirilərək bu sahədə beynəlxalq tendensiyaların daim diqqət mərkəzində saxlanıldığını qeyd etdi. Belə ki, cari ildə Mərkəzi Bank tərəfindən ölkədaxili pərakəndə ödənişlərin effektiv emalının təmin edilməsi üçün “Banklararası Kart Mərkəzi” yaradılmış və istismara verilmişdir. Layihənin icrası ilə ölkədə fəaliyyət göstərən prosessinq təşkilatlarının infrastrukturları əlaqələndirilmişdir.

Qeyd edildi ki, hazırda Mərkəzi Bank tərəfindən nağdsız hesablaşmaların artırılması sahəsində prioritet istiqamət olaraq elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi,  elektron ödəniş xidmətlərinin institusional bazasının gücləndirilməsi, əhali və iqtisadi subyeklərin elektron ödəniş xidmətlərindən istifadəyə cəlb edilməsi müəyyən edilmişdir.

Görüşdə T.Mörfi təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlıqdan məmnun olduğunu bildirərək bu əlaqələrin bu gün də çox uğurla davam etdirilməsində Mərkəzi Banka öz təşəkkürünü bildirdi. O, nağdsız ödənişlərin inkişafının MasterCard təşkilatının bütün dünya ölkələri üzrə fəaliyyətinin ən mühüm prioritetlərindən biri olduğunu qeyd edərək bu sahədə MasterCard ilə Mərkəzi Bank arasında sıx əməkdaşlığın vacibliyini vurğuladı. Eyni zamanda T.Mörfi MasterCard təşkilatının Azərbaycanda inkişaf tempinin gələcəkdə də saxlanılacağına inamlı olduğunu bildirərək, Azərbaycan bazarına marağın getdikcə artdığını qeyd etdi. Bu məqsədlə o, Azərbaycan üzrə işçi heyətinin genişləndiyini, ölkəyə ayrılan maliyyə və digər resursların getdickə artacağına əminliyini ifadə etdi. Ölkəmizdə nağdsız ödənişlərin inkişafına yaxından dəstək olacağını qeyd edərək, T.Mörfi Mərkəzi Bankla həm strateji çərçivələrin hazırlanması, həm də qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi baxımından yaxından əməkdaşlıq edəcəyini bildirdi.

Görüşdə həmçinin, Mərkəzi Bank ilə MasterCard arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi kimi məsələlər də müzakirə olunmuşdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment