1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankın sədri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul etmişdir
20.05.2016

Finance Time Mərkəzi Bankın Kommunikasiya departamentinə istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Məhəmməd əl Qorçinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyasının nümayəndə heyətini qəbul etmişdir.

Görüş zamanı ölkədə makroiqtisadi proseslər, Hökumət tərəfindən aparılan islahatlar, maliyyə sektorundakı vəziyyət, yeni məzənnə rejiminin idarəedilməsi strategiyası kimi məsələlər müzakirə edilmişdir.

Görüşdə E.Rüstəmov ölkədəki makroiqtisadi vəziyyət, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti, həyata keçirilən struktur islahatları barədə ətraflı məlumat verdi. E.Rüstəmov Azərbaycanda iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərdə dəstəyinə görə BVF-yə öz təşəkkürünü bildirdi.

Öz növbəsində BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl Qorçi cari ildə Azərbaycanın regional hadisələr fonunda milli iqtisadiyyatın dayanıqlığının təmin edilməsi məqsədilə ölkədə maliyyə sabitliyinin dəstəkləməsi, bank sektorunun sağlamlaşdırılması, valyuta məzənnəsinin idarə edilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirdi.

Qeyd olundu ki, yeni məzənnə siyasəti milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilərinə yönəlmişdir. Bu, həmçinin qonşu dövlətlərdə baş verən proseslərin milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa xidmət edir. 

Görüşdə həmçinin Mərkəzi Bank ilə BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri, BVF tərəfindən göstərilmiş texniki yardımın nəticələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment