1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


KapitalBank-ın yenilənmiş Şabran filialı istifadəyə verildi
20.05.2016

Baki, Finance Time. Kapital Bankfilial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yeni Şabran filialını istifadəyə verib. Yeni konsepsiya əsasında təmir edilən filial Şabran şəhəri, M.Ə. Rəsulzadə küçəsi 16B (4 saylı məktəbin yanında) ünvanında yerləşir. Artıq Şabran və ətraf qəsəbələrin sakinləri yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Açılış mərasimində Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov, Kapital Bank-ınbaş ofisinin əməkdaşları, dövlət rəsmiləri, ictimai xadimlər və digər qonaqlar iştirak edirdi.Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən ilk region filialı olan Şabran filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətləri təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Yeni filialda daha bir yenilik də ondan ibarətdir ki, artıq əmək haqqı və pensiya kartı Kapital Bank-da olan və ya olmayan, təsərrüfat, xidmət, ticarət və sərbəst peşə fəaliyyəti ilə məşğul olan Şabran və Siyəzən rayon sakinləri “Kiçik biznes” və “Peşə sahiblərinə dəstək” məhsulları üzrə mikrokreditlər əldə edə bilərlər. Kreditin məbləği 500 – 30 000 manat, maksimal müddəti 36 ayadək, illik faiz dərəcəsi isə 23%-dir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyasıistiqamətində müəyyən tədbirlər həyata keçirir. Bu il ərzində ümumilikdə 6 şəhər və 6 regional filial binası yeni konsepsiyaya uyğun əsaslı təmir olunacaq. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment