1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankın Biləsuvar rayonundakı regional mərkəzinə jurnalistlər üçün Press-tur keçirildi
19.05.2016

Finance Time Mərkəzi Bankın Kommunikasiya departamentinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankıbaşlıca kommunikasiya hədəfi qrupu kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, o cümlədən jurnalistlərin bank-maliyyə sahəsində biliklərinin artırılması məsələlərini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı”tədbirləri, “Mərkəzi Bankçılıq” və “Maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi”mövzusunda təlimlər təşkil olunmuşdur.

Bu prosesin davamı olaraq jurnalistlər üçün Mərkəzi Bankın Biləsuvar rayonunda yerləşən Regional Mərkəzinə press-tur təşkil edilmişdir. Press-turun keçirilməsində əsas məqsəd media nümayəndələrini mərkəzin funksiyası və iş prosesi ilə yaxından tanışlığın davamı kimi ölkə ərazisində nağd pul tədavülünün təşkilində regional mərkəzlərin rolu barədə məlumatlandırmaqdan ibarət idi.

Press-tur zamanı KİV nümayəndələrinə mərkəzin işi ilə yaxından tanış olmaq imkanı yaradıldı, mərkəzin fəaliyyəti barədə onlara ətraflı məlumat verildi. Bildirildi ki, Mərkəz 2009-cu ildən fəaliyyət göstərir və əsas funksiyası müvafiq inzibati ərazi vahidlərində nağd pul tədavülünün təşkilindən ibarətdir. Mərkəz 17 rayonda yerləşən və əhalini maliyyə xidmətləri ilə təmin edən bankların filiallarına xidmət göstərir.

Jurnalitlər üçün keçirilən təqdimatda qeyd edildi ki, “Tədavüldə təmiz pul siyasəti”nin realizasiyası ilə əlaqədar olaraq əhalidən pul nişanlarının ekspertiza edilməsi və dəyişdirilməsi, ticarət müəssisələrinin metal pul nişanlarına olan tələbatının daha dolğun ödənilməsi məqsədilə Mərkəzi Bankın bütün ərazi idarələrində, o cümlədən Biləsuvar Regional Mərkəzində “Əhaliyə xidmət kassaları”nın fəaliyyəti də təmin edilmişdir.

Mərkəzi Bankın ərazi idarələrində beynəlxalq standartlara cavab verən xəzinə infrastrukturu, o cümlədən müasir xəzinə saxlancı və kassa qovşaqları yaradılmış, xidmət səviyyəsi beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Regional mərkəzlər real sektorun monitorinqi, statistik məlumatların toplanması proseslərinə cəlb edilmişdir.  

Jurnalistlər regional mərkəzlərin kommunikasiya və maarifləndirmə funksiyası ilə də tanış oldular. Bildirildi ki, regional mərkəz milli pul nişanları, onların dəyişdirilməsi qaydaları barədə əhalinin maarifləndirilməsində və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizədə yaxından iştirak edir.

 Biləsuvar Regional Mərkəzinə press-turdan sonra jurnalistlər Mərkəzi Bankın  rayonda  həyata  keçirdiyi  sosial yönümlü layihələrlə də tanış olmaq imkanı əldə etdilər. Media nümayəndələri Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Məktəb-Lisey Kompleksində oldular və kompleksin fəaliyyəti barədə jurnalistlərə ətraflı məlumat verildi.  

Qeyd olundu ki, 2014/2015-ci tədris ilində Liseydə 174 şagird təhsil almış, bunlardan 25 nəfəri məzun olmuşdur. Məzunların hamısı ölkənin ən nüfuzlu ali təhsil məktəblərinə dövlət sifarişi əsasında olan ixtisaslara daxil olmuşlar. Lisey məzunlarının imtahanlarda topladıqları orta bal 623 təşkil etmişdir ki, bu da ölkənin qabaqcıl dövlət və özəl tam orta təhsil müəssisələri arasında ən yüksək nəticələrdən biridir. Məzunlardan 8 nəfəri 650-dən çox, 21 nəfəri 600-dən çox bal toplamışdır. Ən yüksək nəticə isə 677 bal olmuşdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment