1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Azpetrol Samuxda və Gəncədə yeni yanacaqdoldurma məntəqələrini açdı
23.12.2015

Baki, Finance Time. “Azpetrol” şirkəti Gəncə şəhərində və Samux rayonunda özünün yeni yanacaqdoldurma məntəqələrini açıb. Bu, “Azpetrol”un sayca 85-ci və 86-cı yanacaqdoldurma məntəqələridir.

Yeni məntəqənin açılışında Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər qonaqlar iştirak edirdilər.

Məntəqənin açılışı zamanı “Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədov qeyd edib ki, bu gün şirkətin yeni yanacaqdoldurma məntəqəsinin açılışı Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsinə təsadüf etdiyindən xüsusilə əlamətdardır: “Müstəqil Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyası müəyyən edilən zaman ümummilli lider Heydər Əliyev bu milli iqtisadi strategiyanın üç əsas mərhələdən keçməsinin vacibliyini qeyd edib: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildən respublika iqtisadiyyatında sabitlik təmin edilib, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyllər özünü göstərməyə başlayıb”.

C. Məmmədov vurğulayıb ki, ulu öndərin respublikada təməlini qoyduğu iqtisadi islahatların aparılması siyasəti 2003-cü ilin 15 oktyabrından Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir.

Şirkət rəhbəri daha sonra qeyd edib ki, yeni məntəqənin istifadəyə verilməsi ilə yeni iş yerlərinin açılması məsələsi həll olunur: “Bu da bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Bu baxımdan yeni açılan məntəqənin istifadəyə verilməsi ilə 40 yeni daimi iş yerinin açıldığını xüsusilə qeyd etmək istərdim. Bir az bundan öncə biz Samux rayonunda da yeni yanacaqdoldurma məntəqəsini açdıq. Həmin məntəqədə 28 yeni daimi iş yeri açılıb”.

Şirkət eyni zamanda Gəncə şəhərində müştərilərin rahatlığını təmin etmək üçün hər cür şəraitə malik olan yeni motel də istifadəyə verir.

Azərbaycanda avtomobil yanacağının pərakəndə satışı ilə məşğul olan şirkətlər arasında lider kimi tanınan “Azpetrol” şirkəti olaraq, əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, daim inkişaf haqqında düşünür və şirkətin yanacaqdoldurma məntəqələri şəbəkəsinin genişlənməsi üzrə işlər aparır. Bundan sonra, şirkət gələcəkdə Bakı şəhərində və Tərtər rayonunda da yeni yanacaqdoldurma məntəqələrinin açılışını nəzərdə tutur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment