|
|
|
Lizinq | | | Azərbaycanda ilk dəfə olaraq lizinq şirkəti elektron arayış xidmətindən istifadəyə başlayıb |
01.04.2015 | |
| |
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “Azərbaycan Lizinq Şirkəti” MMC arasında müqavilə bağlanıb.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, müqaviləyə əsasən “ANSAR LEASİNG” öz fəaliyyətində elektron arayışlardan istifadə edəcək. Sözügedən elektron arayışı lizinq şirkətinə müraciət etmək istəyən vətəndaşlar “Elektron hökumət” portalındakı “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidməti vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, bu elektron xidmətdən hazırda “Bank of Baku”, “Unibank” ASC, “Accessbank”, “Bakı Ticarət Bankı”, “Muğanbank” ASC, “Bank Respublika” ASC, “AGBank” ASC, “Rabitəbank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC, BOKT “İnkişaf üçün Maliyyə” MMC və BOKT “İdeal Kredit” MMC faydalanmaqdadır.
http://azertag.az
|
|
|
|